Qaynar xətt:

(+99450) 247 90 86

Zibil maşını qadını öldürdü - VİDEO

Zibil maşını qadını öldürdü - VİDEO

ŞOU-BİZNES

874

19.08.2023, 22:23

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyada  zibil maşınının sürücüsü  hündürmərtəbəli binanın həyətində yaşlı qadını  vuraraq öldürüb.

Oxu24.com xəbər verir ki, faciənin dəhşətli kadrlarını Moskva vilayəti prokurorluğunun mətbuat xidməti yayıb.

“9 avqust 2023-cü il tarixdə saat 11 radələrində Aqroqorodok küçəsindən həyətyanı sahədə hərəkətdə olan zibildaşıyan avtomobilin sürücüsü yaşlı qadını vurub.Zərərçəkmiş 1937-ci il təvəllüdlü qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. ”, - nəşr yazır.


Toqquşma anındakı kadrlardan görünür ki, nənə xüsusi texnikanın qarşısında yavaş-yavaş yolu keçməyə başlayır. Sürücü, görünür, yavaş olan piyadaya fikir verməyib, həm də qaza basıb. Qəzanın baş vermə şəraitinin araşdırılması və onun nəticəsi ilə bağlı prosessual qərarın çıxarılması prokurorluq tərəfindən nəzarətə götürülüb, sürücünün yaşlı qadına necə göz yumması hələ də məlum deyil.

 

Müəllif: Nigar