Ekvador prezidentliyinə namizəd Fernando Villavicencio-nun qətlində Los-Lobos şəhərinin böyük dəstəsi əli ola bilər.
Oxu24.com xəbər verir ki,bu barədə yerli media bandanın yaydığı videoya istinadən yazır.
Los Lobos dəstəsinin üzvləri Ekvador prezidentliyinə namizəd Fernando Villavicencio-nun öldürülməsindən sonra videomüraciət yayıblar.
Videoda qara geyinmiş bir neçə nəfər var. Üzlərini gizlədirlər, əllərində silah tuturlar. Onlardan biri dəstə başçısının mesajını oxuyur. O deyir ki, dəstə baş verənlərə görə məsuliyyəti öz üzərinə götürür, lakin Villavicencio-nun qətlini birbaşa qeyd etmir.
Müraciətdə dəstə üzvləri siyasətçilər vədlərinə əməl etməsələr, gələcəkdə bunu təkrarlayacaqlarını iddia edirlər. Primicias-ın sözlərinə görə, Los Lobos dəstəsi Ekvadorda ən böyük dəstələrdən biridir. Onun üzvləri qətl, adam oğurluğu və narkotik ticarəti ilə məşğuldurlar.
Xatırladaq ki, Fernando Villavicencio Ekvadorun paytaxtı Kitoda seçkiqabağı görüşdən sonra başından üç güllə ilə öldürülüb. Atışma zamanı təxminən 8 nəfər yaralanıb. Qətldə şübhəli bilinən 6 nəfər artıq həbs edilib. Ekvadorda Villavisensionun öldürülməsindən sonra 60 günlük fövqəladə vəziyyət elan edilib.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR