Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93671
az

Hər gün 1 bakal  pivə  içsək, Nə Baş Verər? - VİDEO

19:0510 Avqust, 2023
820
OXU24 TV
  • A

Pivənin faydaları haqqında, yəqin ki, çox eşitmisiniz.  Onun tərkibində böyük miqdarda B qrupu vitaminləri, askorbin turşusu, mineral maddələr, limon turşusu, həmçinin, insan orqanizmi üçün vacib sayılan nikotin və fol turşusu vardır. Başqa sözlə, pivə  vitamin komleksinə malik içkidir.  
 Pivə içənlər sevindi, hə? Tələsməyin, çünki bu videonun başlığı belədir: Hər gün 1 şüşə pivə içsəniz, nə baş verər?
 

 Ehtimal edilir ki, pivə bəşəriyyətə məlum olan ən qədim içkilərdəndir.  Onun hazırlanmasında taxıl məhsulları və ya digər nişasta qaynağı seçilir. Su ilə qarışdırılır. Fermentasiya prosesində bura pivə mayası və mayaotu, beynəlmiləl adıyla “xmel”  vurulur. Məhz mayaotu onun məxsusi dada malik olmasının səbəbidir.  
 Hazırda pivə populyarlığına görə, dünya üzrə içki siyahısında 3-cüdür. Təbii ki, ilk 2 yerin sahibi su və çaydır.  Kofe belə, siyahıda pivədən sonra gəlir.  Amma unutmayın ki, “pivə alkoqol deyil” mifi yalandır. Bu içkinin tərkibində alkoqol mövcuddur.  
 Bəs, pivənin orqanizm üçün zərərləri varmı? 
1. Pivə və artıq çəki.  Bəli, pivəsevərləri tanımaq üçün onların gözə çarpan “pivə qarnı”na baxmaq kifayətdir. Düzdür, əksər kişilər bununla qürurlanır, lakin “pivə qarnı” artıq çəkidən danışır. Artıq çəki isə heç bir halda sağlamlığın göztəricisi ola bilməz. Bəs, necə olur ki, pivə kökəldir?  Prosesə baxaq. 100 qr pivə 30-50 kilokaloriyə malikdir. Aha, içkinin kalori dəyəri də aşağıdır ki!  Yox, yanılmayaq, şüşə yarım litr tutarsa,  1 şüşə pivə, 200-250 kilokaloriyə malikdir. Axşam işdən evə gedərkən, marketə dönüb, 1 litrlik plastik şüşədə pivə alarkən yadınıza salın: siz bu axşam təkcə pivədən 700-1000 kilokalori alacaqsınız. Bu göstərici sağlam, yetkin bir kişi üçün 3 günün kalori normasıdır.  Necə? Pivəni maye balansını qorumaq üçün deyil, sadəcə, istirahət üçün içirsiniz?  Tamam, olsun. Onunla da razıyam ki, qırmızı şərabın kalori dəyəri pivəyə nisbətən daha yüksəkdir. Amma gəlin, razılaşaq: şərab pivə kimi içilmir. 
2. Pivə iştahı artırır. Pivənin böyründə nəyi atışdırırsınız? Turşu xiyar, yoxsa dəniz kələmi? Ah, bağışlayın! Razıyam, bizim qidalanma vərdişlərimiz ümumdünya göstəricilərindən  fərqlənə bilir.  Məsələn; qızarmış noxud, çipsilər,  qızarmış toyuq, saçaqlı pendir, pizza, bir sözlə, fast-foodlar.  İndi bir də, bu atışdırmalıqların malik olduğu kalorini təsəvvür edin.  Pivənin kalori dəyərini də yada salın. Bu kaloriləri toplayın... Hə, qarın hissəsindəki bu ağırlığın və köklüyün səbəbi məlum oldu. 
3. Mədə-bağırsaq traktatı xəstəliklərinə  rəvac verir. Pivə zərərsiz içkidir-bu, danılmazdır. Lakin söhbət sağlam orqanizmdən  gedəndə... Xroniki mədə-bağırsaq xəstəlikləri olanlarda pivə əks effekt yaradır. Pivənin mənfi təsir etdiyinə dair ilkin əlamətlər bunlardır: a) mədədə yanma; b) qarın boşluğunda sancılar; c) dispepsiya simptomları;  Bundan əlavə, müntəzəm olaraq içilən pivə qaraciyərin də “evini yıxır”.  Alkoqol qaynaqlı hepatitin və sirrozun pivə vərdişindən qaynaqlandığı müxtəlif elmi araşdırmalar nəticəsində məlum olub. 
4. Kişilərdə cinsi zəiflik yaradır. Mayaotu bitkisi fitoestrogenlərlə zəngindir. Bu maddə qadın cinsi hormonları ilə oxşardır. Həddən artıq pivə qəbulu kişi orqanizminin qadın hormonları ilə yüklənməsinə səbəb olur.  Belə ki, kişilərdə süd vəzi böyüməyə başlayır, qarın bölgəsində eynən qadınlardakı kimi, piylənmə gedir. Bundan əlavə,  bayaq da dedim, pivə qaraciyərə düşməndir.  Bu içki sayəsində zəifləyən qaraciyər qanı estrogenlərdən təmizləyə bilmir. Beləcə, qanda estrogenlərin, yəni, qadın cinsi hormonunun miqdarı artır.  Nəticədə, kişidə cinsi zəiflik yaranır. 
5. Ürək-damar xəstəlikləri riskini yüksəldir. “Pivə qarnı” ifadəsindən sonra, gəlib çıxdıq, “pivə ürəyi”nə... Pivə damarlarda qan axımını sürətləndirir. Yox, bu, bildiyimiz faydalı axım qabiliyyəti deyil. Bu zaman sürət  get-gedə yüksəlir, arteriyalarda təzyiq artır. Nəticədə, venalarda genəlmə başlayır.  Bu qədər sürətlə axan qanı pompalamaq üçün ürək əzələləri “gücləndirilmiş iş rejimi”nə keçir. Nəticədə, alkoqol qaynaqlı kardiomiopatiya yaranır. 
6. Sinir sistemi xəstəliklərinə və psixologiyanın pozulmasına səbəb olur.  Mütəmadi olaraq, pivə içənlərin sinirləri gərilir və onların depressiyaya düşmə riskləri çoxalır. Əgər insanda depressiya artıq mövcuddursa, pivə onu dərinləşdirir. Pivə sevgisi ilə bağlı bəzi nüanslar da var. Hər hansı dərman preparatını pivə ilə qəbul etmək olmaz! Bu, orqanizmə mənfi təsir edir.  Məsələn; pivə ilə qəbul edilən antibiotiklər qusmaya və başağrılarına gətirib çıxarır.  Sakitləşdiricilərin, ağrıkəsicilərin  və stress əleyhinə dərmanların da pivə ilə içilməsi tövsiyə edilmir. 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramvay yandı - VİDEO
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Oğurladıqları kartla alış-veriş etdilər