Nigar Camalın əri kim olub?
17 Dekabr 2025, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
2324
25.06.2023, 23:27
Bu gün hər kəsin evində olan, şirniyatlara, maskalara qatdığınız sodanın faydaları ilə yanaşı zərərlərinin də olduğunu bilirdiz? Bu gün sizə sodanın zərərləri haqda məlumat verəcəm. Diqqətiniz məndə olsun.
“Soda” sözünü eşitdikdə, yəqin ki hamınızın gözünün önünə narıncı rəngdə bağlama gəlir. Bəli, elə həmin sodadan danışırıq bu gün. Soda tibbi baxımdan əhəmiyyətlidir. Xüsusilə, yaşlı nəsil arasında “sodalı su” müalicəvi vasitə sayılmaqdadır. Gənclər bu üsuldan ehtiyat edirlər, lakin bəziləri internetdəki məsləhətlərə qulaq asırlar. Unutmayın ki, həkimsiz müalicə ciddi nəticələrə səbəb ola bilər.
Sodanın orqanizm üçün faydaları danılmazdır. Onlar haqda məlumat verəcəm:
Boğaz ağrısı. Bu üsul qədim zamanlardan məlumdur. Yəqin ki, ən kiçik qıcıqlanmada ananızın və ya nənənizin sizi isti soda məhlulu ilə qarqara etməyə göndərdiyini xatırlayırsınız. Sodanın antibakterial xüsusiyyətlərinə görə, bu üsul, həqiqətən, ağrıları azaltmağa kömək edir. Ancaq bilməlisiniz ki, angina zamanı soda kömək etməyəcək.
Öskürək. Soda ilə inqalyasiya bəlğəmin çıxarılmasına, boğazın yumşaldılmasına kömək edir. O da məlumdur ki, öskürək zamanı bir çimdik soda qatılmış ilıq süd içməyə dəyər.
Mədədə yanma hissi. Xoşagəlməz yanma hissi baş verən anda əlinizin altında dərman yoxdursa, qida sodası kömək edəcəkdir. Qələvi turşunu tez neytrallaşdıracaq və rahatlıq gətirəcək. Bunun üçün: ½ çay qaşığı sodanı 1 stəkan ilıq suda həll edin və kiçik qurtumlarla için.
Ağız boşluğunda problemlər. Soda ilə qarqara diş ətinin iltihabını azaldacaq, stomatiti və diş ağrılarını aradan qaldıracaq.
Qusma və zəhərlənmə. Soda maye balansını və turşu-qələvi balansını normallaşdırmağa kömək edir, ürəkbulanmanı aradan qaldırır.
Helmintozlar. Bəzi alimlər əmindirlər ki, qida sodası imalələri insan bağırsaqlarında yaşayan parazitləri öldürə bilər.
Göbələk xəstəlikləri. Sodanın, xüsusilə, kandidozların öhdəsindən gələ bildiyinə inanılır.
Faydaları və zərərləri elm aləmində tez-tez müzakirə edilən qida sodası dermatologiyada da üz tutulan vasitədir. O, kəpəyin yox edilməsində, dərinin qalınlaşmasının qarşısının alınmasında, səpkilər və dermatit zamanı geniş istifadə olunur. Soda məhlulu böcək dişləməsindən yaranan qaşınmanı, həmçinin, günəş yanığı ağrılarını azalda bilər. Soda kosmetologiyada müxtəlif pilinqlər üçün də istifadə olunur və üzü qaydaya salır. Sodalı maskalar isə məsamələri daraldır, üz rəngini balanslaşdırır, sızanaqların görünüşünü azaldır. Bəziləri inanır ki, soda vannalarının qəbulu arıqlamanı sürətləndirə bilir.
Təbii dezodorant.
Əgər hər hansı səbəbdən tər qoxusunu aradan qaldıran vasitələrdən istifadə edə bilmirsinizsə, ayrıca qabda suyu soda ilə qarışdırın və ya sadəcə, bir çimdik soda götürüb, qoltuqaltılarınıza çəkin. Ayaq qoxusu, həşərat dişləməsi və ya zəhərli bitkilərlə təmasdan sonra yaranan yanıq zamanı da sodalı sudan yararlanmaq mümkündür.
Parlaq dəri üçün təbii skrab resepti:
Həmçinin oxuyun
10:43 / 18 Dekabr 2025
7
10:40 / 18 Dekabr 2025
19
10:25 / 18 Dekabr 2025
30
10:19 / 18 Dekabr 2025
25
09:05 / 18 Dekabr 2025
38
01:50 / 18 Dekabr 2025
1040
01:48 / 18 Dekabr 2025
88
00:00 / 18 Dekabr 2025
1037
23:35 / 17 Dekabr 2025
116
23:29 / 17 Dekabr 2025
128
23:21 / 17 Dekabr 2025
334
23:00 / 17 Dekabr 2025
877
22:50 / 17 Dekabr 2025
338
22:36 / 17 Dekabr 2025
251
22:27 / 17 Dekabr 2025
398
21:45 / 17 Dekabr 2025
751
21:36 / 17 Dekabr 2025
240
21:30 / 17 Dekabr 2025
127
21:20 / 17 Dekabr 2025
1265
21:17 / 17 Dekabr 2025
428
20:59 / 17 Dekabr 2025
123
20:53 / 17 Dekabr 2025
120
20:49 / 17 Dekabr 2025
701
19:58 / 17 Dekabr 2025
132
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.