Çoxlarının böyrəkotu kimi tanıdığı qumluq ödotu bitkisəndən danışacağıq bu gün. Bu bitkidən hazırlanan çayın mədə-bağırsaq, böyrək və prostat xəstəlikləri zamanı istifadə qaydaları barədə videomuzda geniş məlumat ala biləcəksiniz. Diqqətiniz məndə olsun!
Qumluq ödotu təbii şəfa bitkilərindən biridir. Mədəyə müsbət təsir edən qumluq ödotu bir çox xəstəliklərin qarşısını almaqda da mahirdir. O, həzmi asanlaşdırır, babasil, oynaq ağrıları kimi bir çox narahatlıqları aradan qaldırır. Bu möcüzəvi bitki P vitamini, müxtəlif minerallarla zəngindir.
Qumluq ödotunun faydaları.
-Həzm sisteminin funksiyalarını nizamlayır;
-Mədə-bağırsaq traktatındakı problemləri həll edir. Mədə turşuluğunun artması, mədə yanması, qastrit kimi xəstəliklərin sağalmasında önəmli rol oynayır;
-Babasilin müalicəsinə kömək edir;
-Mədə şirəsini artırır;
-Prostatın təbii şəfa mənbəyidir;
-Böyrəklərin sağlamlığını dəstəkləyir, böyrəklərdə əmələ gələn qum və daşların tökülməsinə kömək edir;
-Sidikqovucudur, sidik yollarını təmizləyir. Buna görə də, qumluq ödotu çayının arıqlamağa kömək etməsi ehtimalını irəli sürənlər də var. Amma bəzi məqamlar üzərində düşünmək lazımdır. Belə ki, bitki sidikqovucu xüsusiyyəti sayəsində orqanizmdəki suyun yüksək miqdarda xaric edilməsinə səbəb olur. Yəni, onun qəbulu zamanı müşahidə edilən arıqlamağın səbəbi maye azalmasıdır, yağ və ya karbohidrat azalması deyil. Mütəxəssislər izah edir ki, qumluq ödotunun arıqlatması “yalançı arıqlatmaq”dır. Bitkinin arıqladan vasitə deyil, sidikqovucu olduğunu qəbul etsəniz, yetər;
-Bəzi mütəxəssislərin fikrincə, qumluq ödotu çayının müntəzəm içilməsi toxluq hissi yaradır. Bitkinin pəhriz proqramlarına daxil edilməsinin səbəbi məhz budur; Sidik yollarının iltihablanmasının qarşısını alır, iltihablanma varsa, yox edir. Sidik yollarında əmələ gələn daşların təbii yolla düşməsinə kömək edir;
-Mədəaltı vəzi hormonlarının ifrazını artırır;
-Öd suyunun ifrazını rahatlaşdırır;
-Revmatizm, daşlaşma, duzlaşma, oynaq və əzələ ağrılarını xəfiflədir, spazmların intensivliyini azaldır;
-İltihablı yaralara qumluq ödotu yağı, yaxud qumluq ödotu çayı ilə kompres edilməsi müalicəvi təsir göstərir;
Dünyadakı ən dözülməz ağrılar sırasında 3-cü yeri böyrək ağrısı tutur. Çünki qumluq ödotu bitkisi qısa zamanda böyrək daşlarını əridib tökür. Böyrək daşlarını tökən qumluq ödotundan hazırlanan çay reseptini təqdim edirik: Bir stəkan təzə qaynadılmış suya 8-10 ədəd qumluq ödotu çiçəyini (bitkinin yarpaqlarını və gövdəsini əlavə etməyin) stəkana töküb metal qapaqla qabın ağzını örtün. 10 dəqiqə dəmlənməsini gözləyin.
Dadı xoş olmadığı üçün içməkdə çətinlik çəksəniz, dadlandırmaq üçün çaya limon sıxa bilərsiniz. Səhər və axşam olmaqla gündə iki dəfə 1 stəkan bu çaydan için. Çay qısa zamanda böyrək daşlarının tökülməsini təmin edəcək. Xatırladaq ki, həkimlər böyrək daşının müalicəsinə dəstək üçün bu çaydan istifadəni məsləhət görürlər. Bütün hallarda çayı içməzdən əvvəl həkiminizlə məsləhətləşin. Çünki bu çayın bəzi əks təsirləri ola bilir. Bu barədə videomuzun sonunda məlumat verəcəm.
- Qumluq ödotu yağı, yaxud qumluq ödotu çayı dəriyə yaxşı təsir edir. Eqzema, ziyil, qotur kimi dəri xəstəliklərini sonlandırmaq üçün bitkinin çayını, yaxud yağını nahiyəyə sürtmək yetərlidir. Dərinin elastikliyinin artması və nəmlənməsi üçün də qumluq ödotu yağı faydalıdır; -Mütəmadi olaraq, içilən qumluq ödotu çayı varikozların əmələ gəlməsinə mane olur;
Qumluq ödotu qəbul edənlərə tövsiyələr:
Heç bir əks-təsirə malik olmayan bitkinin yağı haqqında bunu demək olmaz. Yaxşı olar ki, bu yağı xəsarətli nahiyəyə çəkməzdən əvvəl, sağlam nahiyədə kiçik bir hissəyə çəkəsiniz. Beləcə, dərinin həssaslığını, allergiya verib-vermədiyini yoxlaya bilərsiniz. Bundan əlavə, qumluq ödotu çayının nizamlı, müəyyən ölçüdə istifadə olunması məsləhətdir. Çünki nadirən də olsa, arzuolunmaz nəticələrlə rastlaşmaq mümkündür. Yaxşı olar ki, gündə 1 fincandan artıq qumluq ödotu çayı içməyəsiniz.
Hər hansı bir xəstəliyi olan, bu xəstəliyə görə müalicəvi preparatlar qəbul edən insanlar qumluq ödotu qəbulundan əvvəl həkimlə məsləhətləşməlidir. Bitkinin hamilə və ya süd verən qadınların orqanizminə təsiri hələ öyrənilməyib. Buna görə də, hamilələrin və yeni ana olmuş qadınların bitki ilə ehtiyatlı davranmağı tövsiyə edilir. 10 yaşından aşağı olan uşaqlar da qumluq ödotu çayından uzaq tutulmalıdır.
Əksər bitki çaylarında olduğu kimi, qumluq ödotu çayının da bütün faydalarından yararlanmaq istəyirsinizsə, qarışıq bitki çaylarını, yaxud paket çayları deyil, birbaşa bitkinin özünü alın.
Qumluq ödotu çayının hazırlanması:
1 stəkan qaynar suyun içinə 3-4 ədəd qumluq ödotu çiçəyi atın, ağzını örtüb, 10-15 dəq dəmlənməsini gözləyin. Sonra süzgəcdən keçirin və için. Qumluq ödotu çayının dadı bir az acıdır, buna görə də, içməzdən əvvəl stəkana 1 çay qaşığı bal əlavə etmək olar.
Oxu24.com
ŞƏRHLƏR