Qaynar xətt:

(+99450) 247 90 86

Prezident yolu yoxlamaq üçün maşını özü sürdü - VİDEO

Prezident yolu yoxlamaq üçün maşını özü sürdü - VİDEO

ŞOU-BİZNES

897

14.03.2023, 23:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Surxandərya vilayətində yolların keyfiyyəti ilə bağlı vətəndaşların şikayətlərinin əsaslı olduğuna əmin olmaq üçün şəxsən avtomobilin sükanı arxasına keçib.

Oxu24.com xəbər  verir  ki,  bu  barədə  Özbəkistan dövlət başçısının mətbuat katibi Şerzod Əsədov bildirib.

“Vətəndaşlardan Baysun-Denau marşrutu üzrə yolların keyfiyyəti ilə bağlı daxil olan şikayətləri nəzərə alaraq, prezident Surxandərya yolları ilə şəxsən avtomobil sürmək qərarına gəlib”, o, Telegram-da yazıb.

Mətbuat xidmətinin yaydığı videoda prezident Surxandəryanın hakimi (yerli administrasiyanın rəhbəri) Uluqbek Kosimovla birlikdə ağ rəngli Malibu sürərkən görünür.

Prezident bildirib ki, yol ilə bağlı şikayətləri yoxlamaq qərarına şəxsən özüm qərar verib. “Birinə güvənirsənsə, yalan danışır. Deyəcəklər ki, hər şey yaxşıdır, gizlədəcəklər. Burada özümüz görürük ki, bu yolda hərəkət etmək mümkün deyil. Keyfiyyət yoxdur”,-deyə Prezident bildirib.

 

Tərcümə:Nigar