Qaynar xətt:

(+99450) 247 90 86

İnsanların başına göydən qurd yağdı - ŞOK VİDEO

İnsanların başına göydən qurd yağdı - ŞOK VİDEO

ŞOU-BİZNES

903

09.03.2023, 22:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Çinin paytaxtı Pekində insanların və nəqliyyat vasitələrinin üzərinə qurd yağması videosu  görənləri heyrətə gətirib.

Oxu24.com xarici mediaya  istinadən  xəbər  verir  ki, bu səbəbdən insanlar  şəhərdə çətirlə  gəzərkən, qurd olduğu iddia edilən görüntülərin  əslində tut fidanı və ya qovaq çiçəkləri ola biləcəyi düşünülür.

Çində sosial mediada paylaşılan videoda bütün nəqliyyat vasitələrinin və küçələrin yağış kimi qurdlarla örtüldüyü görünür. Eyni görüntülərin davamında işə gedən və gündəlik işlərini görən vətəndaşların qurdlardan qorunmaq üçün çətirdən istifadə etdiyi görünür.


Çin rəsmiləri hələlik vəziyyətlə bağlı açıqlama verməsə də, bəzi sosial media istifadəçiləri hadisəni qiyamət əlaməti kimi qiymətləndirərək “Apokalipsis gəldi” şərhini yazıblar.

 

 

 

Tərcümə: Aynurə Məcidova