Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80864
az

90% insan mandarinin  insana nələr etdiyini bilmir (VİDEO)

15:4918 Yanvar, 2023
1307
OXU24 TV
  • A

Qış aylarında hər kəsin sevərək yediyi naringi meyvəsinin qabıqlarının Xalq təbabətində qızdırmanı salmaq və soyuqdəyməni aradan qaldırmaq qabiliyyətinin olduğunu bilirdiz? Bu meyvənin hətta yarpaqları belə mövsümi xəstəliklər zamanı əsl təbii dərmandır. Bu gün sizə çox asan başa gələn müalicə vasitəsini təqdim edəcəyik. 

A, D, K vitaminləri ilə zəngin olan naringi kalium, maqnezium, dəmir, fosfor kimi minerallara malikdir. Naringidə təbii antiseptik olan fitonsidlər var. Qabığının 1-2%-i efir yağından ibarətdir. Qış mövsümündə yeyilən meyvə orqanizmi vitaminlə təmin edir. Eyni zamanda, malik olduğu yüksək C vitamini sayəsində immuniteti gücləndirir.

Naringi qabığı ilə dəmlənən çay bəlğəmgətiricidir. Digər sitrus meyvələri kimi, Naringinin də qızdırmanı salmaq və soyuqdəyməni aradan qaldırmaq qabiliyyəti var. Xalq təbabətində məşhur olan müalicəvi vasitəni hazırlamaq üçün Naringinin qabığından və yarpağından daha çox istifadə edilir.

Soyuqdəymə zamanı.  Soyuqdəyməni aradan qaldırmaq üçün Naringi qabıqlarından hazırlanan buxar vannası effektivdir. Naringi qabıqlarında piridin adlı maddə var ki, orqanizmi viruslardan qoruyur. Eyni zamanda, iltihab əleyhinə və allergiya əleyhinə vasitədir. İnqalyasiya üçün çox da qalın olmayan qabıqları seçin. Bu qabıqların quru olması daha yaxşı olar. Qabıqları qaynar suya atın, orda yumşalmasını gözləyin. Sonra 10-20 dəq həmin suyun buxarı ilə inqalyasiya edin. Çalışın ki, burnunuzun sağ və sol dəliklərilə eyni anda yox, növbəli şəkildə nəfəs alasınız. Bir də, unutmayın ki, buxar vannasından sonra müəyyən müddət soyuğa çıxmaq olmaz. Ən azından, 1 saat isti mühitdə qalmağı seçin.

Öskürək zamanı.
Resept 1: Nəfəs almadakı narahatlıqdan yaxa qurtarmaq üçün təzə Naringinin qabıqlarından istifadə etmək lazımdır. Qabıqları xırdalayın. 2 xörək qaşığı xırdalanmış qabığı yarım stəkan qaynar suya əlavə edin. Vam odda, təxminən, 10 dəq qaynadın. Sonra oddan götürün, ağzını bağlayın və gözlədin. 1 saatdan sonra qarışımı cuna ilə süzün. Bu qarışımdan gündə 4 dəfə, hər dəfə 2 xörək qaşığı olmaqla yeməkdən 20 dəq əvvəl qəbul edin.

Bronxit zamanı. 1 fincan qaynar suya 20 qr üyüdülmüş quru Naringi qabığı əlavə edin. Vam odda 10 dəqiqədən artıq olmayaraq qaynadın.  Oddan götürdükdən sonra 1 saat gözlədin, ardından cuna ilə süzün.  Hazır isti məhlulu gündə 3 dəfə, yeməkdən 30 dəq əvvəl içmək lazımdır.

Ağızdakı iltihablanmalar və infeksiyalı yaralar zamanı. Ağız boşluğunu yaxalamaq üçün  məhlul Naringi yarpağından hazırlanır. 10 mandarin yarpağını xırdalayın, 2 stəkan qaynar suya əlavə edin. Ağzını bağlayın, 2 saat gözlədin.  Cuna ilə süzün və yeməkdən sonra stəkanın 1⁄3-i qədər  götürüb ağzınızı yaxalayın.

Həzm prosesini normallaşdırmaq üçün. Quru Naringi qabıqlarını qaynatmaq da olar, qaraçaya əlavə etmək də...  Bu içki mədə-bağırsaq traktatını dezinfeksiya edir, həzm sisteminin işini normallaşdırır. Arıqlamaq istəyənlər günün əsas yeməyindən sonra mandarin dəmləməsi içsələr, arzuladıqları nəticəni qısa zamanda əldə edəcəklər.

Mastit zamanı. Öncə qeyd edim ki, mastit süd vəzilərinin soyuqlamasıdır. Bu zaman nahiyədə xoşagəlməz mikroflora əmələ gəlir. Naringi qabıqları  həmin mikroflora ilə mübarizədən qalib çıxa bilir. Buna görə də, Naringi qabıqlarından hazırlanan məhlulu təhlükəsiz vasitə kimi ürəklə istifadə etmək mümkündür. 50 qr üyüdülmüş quru mandarin qabığı, 10 qr üyüdülmüş  biyan kökü götürün. İnqridientləri qarışdırın,  2 stəkan qaynar suya əlavə edin.  Ocağın üstünə qoyun və qaynayanda götürün. Sonra odu söndürün, ağzını bağlayaraq  1 saat dəmlənməyini gözləyin.  Gün ərzində 2 dəfə, hər dəfə 1 stəkan olmaqla ilıq halda için. Aram-aram döş nahiyəsinin sağaldığını görəcəksiniz.

Yuxusuzluq zamanı. Naringinin qabığındakı efir yağı sinir sisteminin sağlamlığına xidmət edir. Sinirləri sakitləşdirir, yuxu rejimini normallaşdırır.  Yuxusuzluğun əsas səbəbləri sırasında sinir gərginliyi  də var. Bu zaman ürək tez-tez döyünür, insan  əsəbiləşir. Yaxşı olar ki, yatmazdan qabaq ayaqlarınızı mNaringi qabığı qatılmış su ilə vanna edəsiniz. 1 stəkan təzə, yaxud qurudulmuş mandarin qabığı götürün. Onu 3 litr qaynar suya əlavə edin. Sonra qarışımı vam odun üstünə qoyun, qaynara düşən kimi götürün. Təxminən, 1 saat qarışımı ağzı bağlı halda saxlayın. Sonra cuna ilə süzün və ayaqlarınızı vanna edin.  Proseduru yatmazdan 1 saat əvvəl, günaşırı olaraq təkrarlayın. Suyun temperaturu 37-380C olmalıdır.

Ziyil əleyhinə. Bu zaman sizə turş Naringi lazım olacaq. Orta ölçülü Naringi  qabığı və tumları ilə birgə istifadə edilməlidir. Kiçik bir fincana bir az sirkə tökün. Naringini əzərək sirkəyə qatın və qatılaşana qədər qarışdırın. Alınan qarışımı ziyilin üzərinə yaxın. 15-20 dəq gözləyin.  Bir neçə belə prosedurdan sonra ziyillər yoxa çıxacaq.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Paşinyan saqqalını qırxdı - VİDEO
Kirpi ona hücum edən bəbiri deşik-deşik etdi— VİDEO

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Antibiotiklər insan ölümünə səbəb olur -ÜST-dən xəbərdarlıq
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO