Qaynar xətt:

(+99450) 247 90 86

Qrim otağından aktrisanın bahalı telefonu oğurlandı - Hadisə anı kameraya düşdü

Qrim otağından aktrisanın bahalı telefonu oğurlandı - Hadisə anı kameraya düşdü

ŞOU-BİZNES

762

09.01.2023, 15:43

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyada tetardan aktrisanın telefonu oğurlanıb.

60 yaşlı kişi Moskva teatrının soyunub-geyinmə otağından aktrisaların telefonlarını oğurlayıb.

Oxu24.com xəbər  verir  ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.


Moskvada yaşlı oğru teatrın soyunub-geyinmə otağından aktrisaların telefonlarını oğurlayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, Arbat küçəsində yaxın xarici ölkələrinin birindən gələn, əvvəllər də məhkum olunmuş, şəxs teatr aktrisalarının telefonlarını oğurlayıb.

Teatrda olarkən kişi qapalı olmayan soyunub-geyinmə otağına girib və orada aktrisaların iki bahalı smartfonunu oğurlayıb. Telefonların ümumi dəyəri  132 min rubl (3102 manat) təşkil edib.

Qısa müddətdən sonra oğru müvəqqəti yaşadığı Moskva yaxınlığındakı Şerbinkada saxlanılıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları xeyli miqdarda ziyan vurmaqla oğurluq maddəsi ilə cinayət işi açıblar. 

Bundan əvvəl, dekabrın əvvəlində həmin şəxsin tüfənglə mağaza işçisinə hücum edərək telefonunu oğurladığı bildirilmişdi.

 

Tərcümə: Miri Məcidli