Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79499
az

1 dənə kivi görün bədənimizə nələr edir - İNANILMAZ

19:4326 Dekabr, 2022
704
OXU24 TV
  • A

Bəşəriyyətə məlum olan  “ən gənc meyvələr”dən biri kivi. Orqanizmdə qan azlığından tutmuş, ürək-damar xəstəliklərinə kimi bir çox ağır və mövsümü xəstəlikləri KİVİ ilə sağaltmaq mümkündür. Yetər ki verdiyimiz məsləhətlərə əməl edəsiniz.

Kivinin faydaları bunlardır: 

İmmuniteti möhkəmləndirir. Kivinin təxminən 100 qr-da 98 milliqram C vitamini var. Kivini səhər yeməklərində yemək məsləhət görülür. Kividə universal vitamin sayılan C vitamini olduqca yüksək miqdardadır.  Buna görə də, xüsusilə, qış aylarında və ya mövsümi xəstəliklər tüğyan edən vaxt kivi yemək  orqanizmə müsbət yöndən təsir edir. Gündə bir  neçə dənə kivi yemək immuniteti möhkəmlədir.  C vitamini maddələr mübadiləsində də  aktiv iştirak edir.  Hüceyrələri sərbəst radikalların yetirəcəyi xəsarətdən qoruyur. 
Ürək-damar sisteminin işini normaya salır.  Ekzotik meyvə yüksək miqdarda kaliuma malikdir. Kaliumun arterial təzyiqi tənzimləməsini, ürəyin fəaliyyətini normallaşdırdığını, damarların divarlarını möhkəmləndirdiyini artıq hamımız bilirik.  
Nəfəs almanı asanlaşdırır.  C vitaminin tənəffüs sistemi problemlərinin həllindəki əvəzsiz rolu elmə çoxdan məlumdur.  Kivi boğazdakı ağrıları azaldır, nəfəs almanı asanlaşdırır, tənəffüs yollarını təmizləyir. 
Mərkəzi sinir sisteminə müsbət təsir edir.  Bəli, kivi depressiyadan və nevrozdan xilas olmağa kömək edir.  Eyni zamanda, stressin qarşısını alır və yuxunu normallaşdırır.  İdmançılara tövsiyə edilir ki, rasionlarında kiviyə xüsusi yer ayırsınlar. Çünki o, əzələlərdəki və sinirlərdəki iltihablanmanın qarşısını alır. 
Hemoqlobin səviyyəsini yüksəldir.  Kivinin tərkibində dəmir də  bol miqdardadır.   O, qan azlığını aradan qaldırmaq və hemoqlobin səviyyəsini yüksəltmək üçün əla vasitədir.   Meyvənin tərkibindəki B vitamini isə  əhval-ruhiyyəni yüksəldir, qan axınını sürətləndirir. 
Görmə qabiliyyətini yaxşılaşdırır.  Kivinin tərkibində fito-kimyəvi maddə olan lutein var.  Bu maddə itirilmiş görmə qabiliyyətini bərpa edir.  Lutein, həmçinin, gözləri sərbəst radikallardan da qoruyur.  İnsan orqanizmi luteini sintez eləməyi bacarmır.  Biz onu yalnız qidalar vasitəsilə qəbul edə bilirik.  Kivi zeaksantin ilə zəngindir. Qeyd edim ki, zeaksantin əksikliyi də görmə qabiliyyətinə mənfi təsir edir. 
Kivi bədəndə olan artıq mayeni dəf edir. Kivinin çox hissəsi sudan təşkil edildiyinə görə, kalorisi çox azdır. Onu yeyən insan toxluq hiss edir. Nəticədə bu meyvə arıqlamağa şərait yaradır.
Zərərləri və əks təsirləri. 
Faydalarına baxmayaraq, bəzi hallarda kividən uzaq durmaq lazımdır. 
-Əgər hər gün artıq miqdarda kivi  yesəniz, dermatitə səbəb ola bilər.  
-Mədəaltı vəzinin kiviyə kəskin reaksiya verməsi halları da tibbdə rast gəlinəndir.
-Qastritdən, mədə turşuluğunun çox olmasından əziyyət çəkənlərə də kivi yemək məsləhət görülmür. Kivinin tərkibindəki təbii turşular xəstəliyi irəlilədə bilər.  Mədə xorası da kividən uzaq durmaq üçün səbəbdir.  
İstənilən mədəaltı vəzi və ya bağırsaq xəstəliyində də kivi orqanizmin “düşməninə” çevrilir.  Üstəlik, o, allergik meyvələrdəndir.  Əgər orqanizm kiviyə qarşı allergiya verirsə, bu, kivi yeyildikdən sonrakı 1 saat ərzində meydana çıxır.   Dəridə müxtəlif qızartılar, səpkilər peyda olur, dildə iltihablanma müşahidə edilir.  Hərdən boğazda o dərəcədə kəskin qıcıqlanmalar olur ki, nəfəs almaq çətinləşir.  Buna görə də, uşaqlara kivi verərkən, yaxud ömründə heç kivi yeməmiş insana  bu meyvəni təklif edərkən   ehtiyatlı olmaq lazımdır.  Allergik reaksiyanın mövcudluğunu müəyyən etmək üçün olduqca az miqdarda kivi rasiona  daxil edilməli, qəbulundan sonrakı reaksiyalar nəzarətdə saxlanılmalıdır. 
Qeyd edim ki, kivinin hazırda marketlərdə  satılan növü, təxminən, 100-150 il bundan əvvəl  qida sənayesinə daxil olub.  Çinin cənubundakı Yangtse vadisinə məxsus kivi 1850-ci illərdə avropalılar tərəfindən kəşf edildi. 1900-cü illərin əvvəlində Yeni Zelandiyalı Elisona  hədiyyə kimi kivi toxumları göndərilir. Bundan sonra meyvə İngiltərə və Amerikaya da yayılır.   Meyvənin hazırda dünyada tanınan adı Yeni Zelandiyaya məxsus, uçmaq qabiliyyəti olmayan kivi adlı quşdan götürülüb. Çünki meyvə  məhz bu quşa çox oxşayırdı.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Zəlzələ belə baş verib - VİDEO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı