Qaynar xətt:

(+99450) 247 90 86

Jurnalist elə sual verdi ki,Prezidentin sözçüsü əsəbiləşib efirdən getdi - VİDEO

Jurnalist elə sual verdi ki,Prezidentin sözçüsü əsəbiləşib efirdən getdi - VİDEO

ŞOU-BİZNES

812

01.12.2022, 20:26

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyə Prezidentinin  sözçüsü İbrahim Kalın İsveçin  SVT kanalında yayımlanan proqrama qatılıb.Amma veriliş zamanı baş verənlər efirdə öz izini qoyub.

“Oxu24.com  Haberler.com saytına istinadən  xəbər  verir   ki,aparıcının  Türkiyənin ağır cinayətkarlar üçün sığınacaq olub-olmaması sualına qəzəblənən Kalın ittihamların əsassız olduğunu bildirib və "Bütün bir ölkəni ittiham edirsiniz. Bu qəbuledilməzdir" deyib.

İsveçli jurnalistin verdiyi sualdan əsəbiləşən prezidentin sözçüsü müsahibəni yarımçıq kəsib.

Kalın, "Sizin fərqli bir gündəminiz var. Türkiyənin kokain ticarətinin mərkəzi olduğunu söyləyərək əsassız ittihamlar irəli sürürsünüz. Bunlar PKK sözləridir, FETÖ sözləridir. Bu, dürüst jurnalistika deyil" deyib.

İsveçli jurnalistin Türkiyədəki mafiya və narkotik ticarəti ilə bağlı suallar verməyə davam etməsindən sonra sualları "gülünc" olaraq xarakterizə edən Kalın efirin kəsilməsini tələb edərək müsahibəni yarımçıq kəsib.

 

Tərcümə: Miri Məcidli