Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77774
az

MUROV FATEHİ- İLHAM RƏŞİDLİNİN HƏYAT YOLU

13:4601 Dekabr, 2022
343
  • A

 Vətən Müharibəsi şəhidlərindən olan, böyük şücaət sərgiləyən, lakin az tanınan igid İlham Rəşidli bu dəfəki qəhrəmanımızdır.

Onun barədəki sujeti təqdim edirik:

 

 

 

Vətən müharibəsi şəhidlərindən olan İlham Rəşidli, 2001-ci ildə hərbi xidməti başa
vurduqdan sonra Xüsusi Təyinatlı Qüvvələrin xüsusi kursunu uğurla bitirərək kəşfiyyatçı kimi
fəaliyyətə başlayıb. İyirmi ilə yaxındır Vətənə xidmət edən baş gizir, xarici ölkələrdə
təlimlərdə iştirak edib. Dörd dildə danışmağı bacaran İlham, 2016-cı ilin Aprel döyüşlərində
də fəal iştirak edib. Xidməti ərzində göstərdiyi nailiyyətlərə görə medallar və fəxri
fərmanlarla təltif olunub.
Şəhid İlham Rəşidli, 2020-ci ildə xalqımızın tələbi ilə başlayan Vətən Müharibəsində
də təbii ki, aktiv iştirak edir. 27 sentyabrda Murovdağ silsiləsindəki Camışdağı zirvəsi,
Sərsəng su anbarı istiqamətindəki vacib yüksəkliklərin düşməndən azad olunmasında fəal
iştirak edir.
Tapşırığı yerinə yetirdikdən sonra yoldaşını döyüş meydanından çıxararkən, düşmənin
minaatan mərmisi, onu ağır yaralayır və hospitala aparılarkən, yolda şəhadətə çatır.
İnanclı və imanlı bir insan olan İlham, istər hərbi xidmətdə, istərsə də gündəlik həyatda,
xeyirxahlığı və xoş əxlaqı ilə seçilib. Çöhrəsindəki nur, ləyaqətli və dürüst insan olmasının
sübutudur.
Uca şəhid, ölümündən sonra da 2 xeyirli övlad qoyub gedir.
Allah, onun timsalında, bütün həqiqi qəhrəmanlara, keçmiş və gələcək şəhidlərə rəhmət etsin!

Mənbə:  1Xəbər 1Şərh kanalı

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramvay yandı - VİDEO
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO