Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76482
az

Sarımsağı Belə YEYİN! - Görün Nələr Baş Verəcək!

10:1415 Noyabr, 2022
1152
OXU24 TV
  • A

Sarımsaqdan necə istifadə etməliyik ki, onun faydalarından maksimum şəkildə yararlana bilək? Bu gün sizə sarımsağın istifadə qaydaları və bəzi xəstəliklər zamanı əks göstərişlərindən danışacam. 

Sarımsaq qanda şəkərin miqdarını tənzimləyir. Bilirik ki, qanda şəkərin miqdarının çoxluğu diabet riskini artırır, arterial təzyiqi yüksəldir, hətta qızdırma verir. Alimlərin apardığı müxtəlif araşdırmalar göstərib ki, çiy sarımsaq qanda şəkərin miqdarını tənzimləyir. Bunun üçün gün ərzində 3-4 diş çiy sarımsaq yemək yetərlidir. Trombların əmələ gəlməsinin qarşısını alır, varsa, yox olmasına kömək edir. Tromblar beyinə, ağciyərə, böyrəklərə və s. düzgün qan axınına mane olur. Hindistan alimlərinin tədqiqatları nəticəsində məlum olub ki, gün ərzində 10 mq çiy sarımsaq yeməklə trombların əmələ gəlməsi riskini aşağı salmaq mümkündür. Yeməkdən əvvəl yeyilən sarımsaq, bir növ, müalicəvi effektə malik olur; mövcud olan trombları əridir.

Qeyd edim ki, prosedur 2 ay davam etməlidir. İki gündən bir səhər acqarına yeyilən 1 diş sarımsaq isə qanı təmizləyir. Xərçəng riskini aşağı salır. Sarımsağın tərkibində dialildisulfid var. Bu da o deməkdir ki, sarımsaq yeməklə stressin hüceyrələrə xəsarət verməsinin qarşısı alınar. Selen isə əsl xərçəng əleyhinə vasitədir. O, hüceyrədaxili mutasiyalara mane olur, hüceyrələrin səbəbsiz bölünməsinin və çoxalmasının qarşısını alır. Xərçəngdən uzaq qalmaq üçün hər səhər 1 diş sarımsaq yemək faydalıdır. Okislitel stressi aradan qaldırır. Antioksidantlarla zəngin sarımsaq stressin DNT-yə ziyan vurmağına imkan vermir. Bununla bərabər, damarlardakı və onurğadakı soyuqdəyməni yox edir, okislitel stressi sonlandırır. Sarımsaq ürək-damar sisteminin də dostudur. Hər gün 1 diş çiy sarımsaq yemək orqanizmi sərbəst radikallardan təmizləyir. Ağır metalların orqanizmi zəhərləməsinin qarşısını alır. Ağır metallar orqanizmi daxildən məhv edir. Mütəxəssislər əmindir ki, sarımsaq ağır metalların orqanizmdən xaric olunmasını sürətləndirir. Bəzi elmi araşdırmalar isə bu istiqamətdə sarımsaq turşusunun çiy sarımsaqdan daha effektiv olduğunu isbatlayıblar. Diabet zamanı. Diabet xəstəliyinin maddələr mübadiləsini pozduğunu hamı bilir. Hindistanda aparılan bir elmi araşdırmada laboratoriya siçanları üzərində sınaq keçirilib. Alimlər siçanlara sarımsaq yedirərək bu üsulla qanda qlükozanın və triqliseridlərin miqdarının aşağı düşməsini müşahidə ediblər. Siz də, insulin həssaslığınızı nəzarətdə saxlamaq, diabetə tutulmamaq istəyirsinizsə, sarımsağı rasionunuza daxil edin. Gün ərzində 2-3 diş sarımsaq bir çox dərmanın işini görür. Astma və soyuqdəymənin müalicəsində köməyə çatır. Sarımsaq yağı ilə burun ətrafını, boğazı və ağciyərlərin üstünü yağlamaqla tənəffüs yollarındakı soyuqdəyməni aradan qaldırmaq mümkündür. Son illərdə alimlər sarımsağın astma zamanı həssaslığı azaltdığını da aşkarlayıblar. Çiy halda yeyilən sarımsaq tənəffüs yollarındakı, həmçinin, həzm orqanlarındakı mikrob və zərərli bakteriyaların da axırına çıxır. Herpesi yüngülləşdirir. Antioksidant, soyuqdəymə əleyhinə, mikrob əleyhinə vasitə olan sarımsaq herpesin müalicəsində də effektivdir. Gün ərzində yeyilən 1-2 diş çiy sarımsaq herpes qabarcıqlarının qısa müddətdə yoxa çıxmasını təmin edir. Alzeymer riskini aşağı salır, demensiyanı gecikdirir. Alzeymer və demensiya müxtəlif yaşlarda, fərqli formalarda meydana çıxır. Amma alimlər sarımsaq yeyənlərin yeməyənlərə nisbətən daha sağlam qocalıq keçirdiyi qənaətindədirlər. Səbəb kimi də, sarımsağın sinir hüceyrələrinin regenerasiyasında mühüm rol oynadığını göstərirlər. Sarımsağın tərkibindəki allicin isə təbii neyroprotektordur. Gündə 3-4 diş sarımsaq yemək sağlam qocalmağın açarıdır. Qulaq infeksiyalarını sağaldır. Sutkada yeyilən 3-4 diş çiy sarımsaq orqanizmin istənilən nahiyəsində soyuqdəyməni azaldır, iltihablanmanı yox edir. Qaraciyərin yağlanması zamanı. Ən böyük daxili orqanımızın yağlanması ölümlə nəticələnə bilir. Tərkibindəki amin turşuları ilə sarımsaq əsl toksin əleyhinə vasitədir. Güclü antioksidant olan gultation qaraciyərin təmizlənməsində böyük rol oynayır. Qaraciyər yağlanmasının səbəbi alkoqoldursa, bu zaman sarımsaq yağı da köməyə çatır. Sarımsaq yağını kürəyə və qarına yaxın, olduqca yavaş masaj edin. Psoriaz zamanı. Bildiyiniz kimi, psoriaz, yaxud pullu dəmrov dərinin avtoimmun xəstəliyidir. Dəri qızarır, qaşınır, bəzən köpür. Müalicəsiz xəstəliklər siyahısında olan psoriaz zamanı sarımsaq simptomların azalmasına kömək edir. Çünki psoriazın yaranma səbəblərindən biri soyuqdəymədir.Və sarımsaq soyuqdəymə əleyhinə vasitə kimi olduqca effektivdir.

 

Nigar Kərimova

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Paşinyan saqqalını qırxdı - VİDEO
Kirpi ona hücum edən bəbiri deşik-deşik etdi— VİDEO

6,2 milyon dollara satılan bananın sirri nədir? — FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
“400 minlik yeyintidən xəbərim olmayıb”- Azad Rəhimovun oğlu