Ötən gün olan toya Murad Boz da gəlibmiş - Video
12 Oktyabr 2026, 22:54
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
640
08.11.2022, 21:49
Xəzər Media Mərkəzinin istehsal etdiyi “Qartal zirvədə” sənədli filmi bu gün nümayiş olunacaq.
Oxu24.com xəbər verir ki, Xəzər Media Mərkəzinin hazırladığı film DTX-nin II Qarabağ müharibəsində və savaşdan sonra Ermənistan xüsusi xidmət orqanlarına, erməni terrorçularına qarşı mübarizəsini əks etdirir.
Vətən müharibəsi dönəmində Vətənə xəyanət ittihamı ilə həbs edilən Aydın Zəkiyevin etirafları, erməni separatçılarının Xankəndidə fəaliyyət göstərən qanunsuz “Qarabağ Telekom” mobil-rabitə provayderinin sıradan çıxarılması və Cəbrayılda 7 min nəfər Azərbaycan hərbçisinin mühasirədən xilas edilməsi ilk dəfə bu filmdə Azərbaycan ictimaiyyətinə təqdim olunur.
Filmin çəkilişləri olayların yaşandığı hadisə yerlərində - Zəngilan, Xocavəndin Hadrut qəsəbəsi, bu rayonun Tuğ kəndi, Xocalının Fərrux dağ silsiləsi, Ağdamın Xaçınçay su anbarı, Kəlbəcərdə Dəlidağ yüksəkliyi, bu rayonun Yanşaq kəndi, Tovuzun Ağbulaq kəndi və Şuşa ərazilərində həyata keçirilib.
“Qartal zirvədə” filminin prodüseri Xəzər Media Mərkəzinin Baş direktoru Murad Dadaşov, layihə rəhbəri İnqilab Məmmədov, müəllifi Rüstəm İbadov, quruluşçu rejissoru Elgün Bayramlı, rejissoru Aslan Qarayev, ssenari müəllifi Elnurə Nağıyeva, redaktoru Azər Teymurlu, montaj rejissoru Polad Elmanoğludur.
Filmin hazırlanmasına 3 ay vaxt sərf olunub.
“Qartal zirvədə” filmi bu gün saat 22:00-da “Xəzər” efirində nümayiş olunacaq.
00:27 / 17 Oktyabr 2026
129
00:12 / 17 Oktyabr 2026
84
23:58 / 16 Oktyabr 2026
109
23:49 / 16 Oktyabr 2026
164
23:42 / 16 Oktyabr 2026
105
23:42 / 16 Oktyabr 2026
195
23:29 / 16 Oktyabr 2026
578
23:22 / 16 Oktyabr 2026
77
23:08 / 16 Oktyabr 2026
89
23:06 / 16 Oktyabr 2026
549
23:01 / 16 Oktyabr 2026
97
23:00 / 16 Oktyabr 2026
78
22:55 / 16 Oktyabr 2026
500
22:52 / 16 Oktyabr 2026
78
22:45 / 16 Oktyabr 2026
84
22:35 / 16 Oktyabr 2026
708
22:25 / 16 Oktyabr 2026
99
22:14 / 16 Oktyabr 2026
81
22:11 / 16 Oktyabr 2026
75
22:08 / 16 Oktyabr 2026
90
21:50 / 16 Oktyabr 2026
120
21:18 / 16 Oktyabr 2026
109
21:16 / 16 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.