Ötən gün olan toya Murad Boz da gəlibmiş - Video
12 Oktyabr 2026, 22:54
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1080
28.10.2022, 00:19
Heç gözləmədiyimiz anda nəfəs borumuza yad cisim düşə, bizi cəmi 1-2 dəqiqəyə öldürə bilər.
Daha çox uşaqlarda rast gəlinən bu hal əsasən ehtiyatsızlıqdan baş verir. Hər hansı qida qalığı və ya sadəcə yad cisim yemək borusuna yox, nəfəs borusuna düşür. Nəticədə təcili yardım gələnə kimi insan ölə bilir. Çünki insanların çoxu həmin anda nə edəcəyini bilmir. Ya boğulana su veririk, ya barmağımızı boğazına salırıq, ya da kürəyini döyəcləyirik. Bütün bunlar isə insanın ölümünü daha da tezləşdirən səhvlərdir. Bəs əslində bu kimi hallarda nə etməliyik?
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin əməkdaşı, həkim Sevinc Əhmədova APA TV-yə bildirdi ki, tənəffüs yollarının keçiriciliyinin pozulması zamanı öncə zərərçəkəndə boğulmanın universal manevri adlanan hərəkət baş verir: “Zərərçəkən şəxs bir əlinin baş və şəhadət barmağı ilə boynunu sıxır. Sanki boğulduğunu bildirmək istəyir. Zərərçəkənə yardım göstərən şəxs nəzərə almalıdır ki, zərərçəkəndə nəfəsalma, öskürək, danışıq tamamilə pozulmuş olur. İlk olaraq psixoloji dəstək olaraq onu ruhlandırmaq lazımdır. Və ona "Heymlix manevri" adlanan qarından təkan hərəkətləri aparmaq lazımdır. Bu uşaqlarda və böyüklərdə eyni qaydada olur amma körpələrdə fərqli bir hərəkətlə icra olunur. "Heymlix manevri" zamanı döş sümüyünün aşağı hissəsi ilə göbək nahiyəsini götürürük. Və orta xətt üzrə ardıcıl olaraq qarın boşluğuna təkan veririk. Bu zaman bir əlimizi bu şəkildə saxlayaraq barmağımızı ovucumuza sıxmalı və digər barmaqlarımızı sıxmalıyıq. Digər əlimizi isə belə bir istiqamətdə aşağıdan yuxarıya doğru olaraq hərəkət etdirməliyik”.
Həkim söylədi ki, "Heymlix manevri" zamanı düzgün yardım göstərilərsə, yad cism tənəffüs yollarından çıxır və boğulanın həyatı xilas olur: “Əgər zərərçəkən təkdirsə yəni yanında yardım üçün heç bir şəxs yoxdursa bu zaman zərərçəkən eyni qayda ilə ovucunu baş barmağını içəriyə doğru olmaq istiqaməti ilə sıxmalı və digər barmağı ilə bir əli ilə döş sümüyünün aşağı istiqamətindən saxlamalı və möhkəm bir yerə bu stolun kənarı ola bilər, yəni möhkəm bir yerə dayanıqlı dayanmalı və başını önə əymək şərtiylə qarın boşluğuna ardıcıl təkanlar verməlidir”.
Həkim onu da söylədi ki, bu metod bütün dünyada tətbiq olunur.
Azərbaycanda daha qədimdən bir tövsiyə var: Yemək yeyərkən danışma. Bu cür hadisələr daha çox yemək zamanı baş verir. Odur ki, qidalanarkən daha diqqətli olmağımız məsləhət görülür.
00:00 / 18 Oktyabr 2026
140
23:59 / 17 Oktyabr 2026
100
23:34 / 17 Oktyabr 2026
99
23:19 / 17 Oktyabr 2026
112
22:59 / 17 Oktyabr 2026
114
22:49 / 17 Oktyabr 2026
128
22:21 / 17 Oktyabr 2026
184
22:12 / 17 Oktyabr 2026
141
22:10 / 17 Oktyabr 2026
117
22:05 / 17 Oktyabr 2026
128
21:57 / 17 Oktyabr 2026
173
21:40 / 17 Oktyabr 2026
189
21:18 / 17 Oktyabr 2026
101
20:39 / 17 Oktyabr 2026
106
20:39 / 17 Oktyabr 2026
161
20:16 / 17 Oktyabr 2026
121
20:03 / 17 Oktyabr 2026
158
20:03 / 17 Oktyabr 2026
1890
19:50 / 17 Oktyabr 2026
115
19:38 / 17 Oktyabr 2026
333
19:38 / 17 Oktyabr 2026
157
19:32 / 17 Oktyabr 2026
1227
19:26 / 17 Oktyabr 2026
155
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.