Ötən gün olan toya Murad Boz da gəlibmiş - Video
12 Oktyabr 2026, 22:54
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
509
15.10.2022, 21:00
Hər dəfə filmə baxanda qarşımıza film şirkətlərinin loqoları çıxır. Yəqin ki, çoxlarımız bu loqolar, onların mənası haqqında heç fikirləşmir də. Əslində isə, onların hər birinin maraqlı tarixçəsi və mənası var. Məsələn, Pramount Pikçersin loqosundakı dağ hansı dağdır? Yaxud, Dream Works`in loqosundakı oğlan kimdir? Bu haqda fikirləşənlər və öyrənmək istəyənlər, bu video sizin üçündür.
Dream Works. 1994-cü ildə 3 məhşur şəxs bir yerə toplandı. Rejissor Stivin Spiilberg, Ceffri Katzenberg və Devid Qeffen. Onları bir yerə toplayan yeni kinostudiya yaratmaq arzusu idi. Təbii ki, yeni yaranan studiyaya yeni loqo da lazım idi. Loqonu hazırlamaq rəssam Robert Hanta həvalə edildi. Stivin Spiilbergin istəyilə Hant şar vasitəsilə aya çıxan, orda oturub balıq tutan kişi təsvir etməliydi. Və bütün bunlar kompyuter qrafikası ilə hazırlanmalıydı. Amma, Hant öz oğlunu çəkdiyi ikinci versiyanı da hazırladı. Yekun baxışda Spiilberg uşaq olan variantı bəyəndi.
Columbia Pictures. Film şirkəti öz loqosunu 1924-cü ildə təqdim edib. İlk loqoda arxasında qara fon olan qadının bir əlində yanan məşəl, o biri əlində ABŞ bayrağı vardı. Columbia Pictures sözləri onun başı üzərində yazılırdı. Təbii ki, loqo bu cür olduqca bəsit görünürdü. Sonradan loqo müəyyən dəyişikliklərə uğradı. Zamanla qadının başındakı yaylıq götürüldü, saçları daha səliqəli oldu, arxa fonda buludlar göründü. “Sony” kompaniyası film şirkətini aldıqdan sonra loqo son variantda təkrar işləndi. İllərdir qarşımıza çıxan son variantda qadının əlində bayraq yoxdu, məşəlin alovu daha gurdu. Yazılar isə qadının arxasında qalır.
Metro Goldon Mayer. Şirkətin 1924-cü ildə yaranan ilk loqosunun ideya müəllifi Howard Daytz olub. O vaxtlar Kolumbiya Universitetində “The layns” adlı bir idman klubu vardı. Daytz ideyasını həyata keçirməkdə məhz həmin klubdan ilhamlanıb. İndiyədək MGM-nin loqosunda 5 fərqli aslan çəkilib: Slats, Cekii, Tanner, Corc və Leo. Hazırkı loqonun qəhrəmanı Leo`dur. Qeyd edim ki, loqoların çəkilişi zamanı heç bir şir zədə almayıb və əziyyətə məruz qalmayıb. Əgər internetdə qarşınıza əziyyət verilən şir şəkilləri çıxırsa, əmin olun ki, kimsə fotoşopda gözəl işləməyi bacarır…
Wolt Disney. Dünyanın ən məhşur cizgi filmi studiyasının loqosundakı qəsr çoxlarımızı xəyalən nağıllar diyarına qonaq edib. Şirkətin ilk loqosunda Almaniyadakı ikinci adı Qu Quşu qəsri olan Neuşanstein qəsri görünürdü. 2006-cı ildən bu yana isə şirkət loqosunda müəyyən dəyişikliklər etdi. Hazırkı loqoda uşaqların nağıl dünyasını sehrləyən qəsr Parisdəki Cindrella qəsridir...
17:21 / 18 Oktyabr 2026
58
16:10 / 18 Oktyabr 2026
70
16:05 / 18 Oktyabr 2026
59
15:55 / 18 Oktyabr 2026
72
15:35 / 18 Oktyabr 2026
219
15:25 / 18 Oktyabr 2026
98
15:12 / 18 Oktyabr 2026
159
15:00 / 18 Oktyabr 2026
269
14:55 / 18 Oktyabr 2026
2666
14:50 / 18 Oktyabr 2026
141
14:41 / 18 Oktyabr 2026
202
14:29 / 18 Oktyabr 2026
1340
14:21 / 18 Oktyabr 2026
108
14:15 / 18 Oktyabr 2026
145
14:15 / 18 Oktyabr 2026
124
14:11 / 18 Oktyabr 2026
93
14:07 / 18 Oktyabr 2026
721
13:55 / 18 Oktyabr 2026
131
13:40 / 18 Oktyabr 2026
355
13:35 / 18 Oktyabr 2026
96
13:32 / 18 Oktyabr 2026
154
13:30 / 18 Oktyabr 2026
91
13:24 / 18 Oktyabr 2026
613
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.