Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74706
az

Dünya dəhşət içində! Birdən -birə sonu görünməyən quyular yarandı!(VİDEO)

19:5005 Oktyabr, 2022
865
OXU24 TV
  • A

“Sirrini verməyir sirdaşa dünya…” Səməd Vurğunun bu misrası artıq illərdir ki, məsələ çevrilib.  Əslində isə, bəşər həmişə anlamadığı, bilmədiyi hər şeyi sirr pərdəsi ilə örtüb. 
 10. Oak adasındakı çuxur. Kanadanın Yeni Şotlandiya sahillərində  Oak adlı kiçik bir ada var. Buranı “palıd adası” da adlandırırlar. Amma ada ən çox malik olduğu çuxur ilə şöhrət qazanıb. Əfsanələrə görə, yerli əhali həmin çuxuru 1795-ci ildə kəşf edib. Çuxur o qədər dərin və vahiməlidir ki, ilk ağlagələn orda xəzinə basdırıldığı olub. Çoxları xəzinə həvəsiylə çuxura enməyə çalışıb. Amma məqsədlərinə nail ola bilməyiblər. Çünki müəyyən məsafədən sonra quyuya su dolmağa başlayır. Deyilənə görə, 40 metr dərinlikdə üzərində yazılar cızılmış bir daş var. İndiyədək çuxurun dibini görmək heç kəsə nəsib olmayıb. ABŞ prezidenti Ruzveltin tələbəlik illərində  Oak adasına səfər etdiyi ilə bağlı rəvayət də var. Onun da quyuya enmək cəhdi olub. Amma quyu öz sirrini heç kimə açmayıb. 
 9. Benjamin Kayl. 2004-cü ildə  Corciya ştatındakı burger kafelərinin birinin yaxınlığında çılpaq və sənədsiz bir kişi peyda olur. Ən dəhşətlisi isə o idi ki, kişi heç nə xatırlamırdı. Adının nə olduğunu belə, bilmirdi. Polislər onun şəklini çəkir,  itkin düşənlərin siyahısında axtarışa başlayırlar. Amma heç bir ipucu tapılmır. Beləcə, araşdırmalar davam edir. Heç bir izə rast gəlməyən polislər hökumətə müraciət edir və kişiyə yeni ad verilir: “Benjamin Kayl”. Televiziya proqramlarında onun haqqında eşidən və ona yazığı gələn yerli sahibkarlardan biri  Benjaminə restoranda qabyuyan işi təklif edir. O da razılaşır. Bu adla yaşayan və işləyən Benjaminin keçmişi haqqında isə hələ də heç bir izə rast gəlinməyib. 
 8. Kəsilmiş ayaqlar sahili. Britaniya Kolumbiyasındakı  çimərliklərdən biri belə adlanır. Səbəb isə Kanada sakinlərinin dəfələrlə ordan kəsilmiş insan ayağı tapmasıdır. 2007-ci ildən bu yana sahildən 17 ədəd belə ayaq tapılıb.  Sağ ayaqlar üstünlük təşkil edir. Ayaqların bu sahilə atılmasıyla bağlı bir neçə  ehtimal var: 
 -təbii kataklizmlər; 
 -seriyalı qatil; 
 -mafiya cəzaları; 
 Lakin indiyədək bu  ehtimalların heç biri  təsdiqini tapmayıb. Həqiqət isə üzə çıxmır. 
 7. Ölümcül rəqs, yaxud “rəqs vəbası”. 1518-ci ilin yayında  Strasburqda qəribə hadisələr  müşahidə edilir. Qadınlar küçənin ortasındaca dayanıb rəqs eləməyə başlayırlar. Yorğunluqdan yerə yıxılanadək vəhşi hərəkətlərlə rəqs edənlərin sayı günbəgün artır. 1 həftəyə şəhərdə dayanmadan rəqs edən kişi və qadınların sayı 300-ü keçir. 1 ayın  yekununda isə artıq 400-dən çox insanın rəqs etdiyi yerdə ürək çatışmazlığından və təngnəfəslikdən öldüyü məlum olur. Kilsə xadimləri və hökumət nümayəndələri nə edəcəklərini bilmirlər. Nəhayət, belə qərara gəlirlər ki, kimsə rəqs edənlərə dəyib-dolaşmasın. Hələ də, sirri açılmayan “rəqs vəbası”nın səbəbləri sırasında yoluxucu epilepsiya,  şeytan girmə, yaxud naməlum  ritual ehtimalları da var. Amma əsl səbəb məlum deyil. 
 6. Yadplanetlilərdən gələn siqnal.  1977-ci ilin 15 avqustunda  Ohayo Dövlət Universitetinə aid  “Big Ear” (Böyük qulaq) adlı radioteleskopun qarşısındakı Dr.  Cerri Ehman (Jerry R. Ehman) kiçik zolaqlı bir radio siqnalı təyin edir. Cəmi 72 saniyə çəkən bu siqnal Ehmanın  o vaxtadək eşitdiyi bütün kosmik siqnallardan güclü idi.  Ehman siqnalı  yadplanetlilərlə bağlı araşdırmalar aparan həmkarlarına da dinlədir.  
 5. Böyük qanadlar. Amerikanın kəşfindən yüzilliklər keçsə də, hələ də amerikalılar böyük quşlar gördüklərini deyirlər. 
 4. Voyniç əlyazmaları. Bu sirli mətnlər Polşa əsilli Uilfrid M.Voyniçin adıyla adlandırıb. Voyniç isə  onu naməlum bir bukinistdən aldığını iddia edirdi. Soldan sağa yazılan bu mətnin bəzi səhifələrinin əksik olduğu güman edilir. I və II dünya müharibələri zamanı kriptoqraflar tərəfindən incələnən əlyazmaların hansı dilə aid olduğu və orada nə yazıldığı, hələ də, məlum deyil.
 3. Yamala quyuları. 2014-cü ilin iyulunda Yamalada  səbəbi bilinməyən partlayış baş verdi. Nəticədə,  dərin və geniş quyular meydana gəldi. 40 metr diametri olan quyuların yarandığı partlayışda zərərçəkən olmadı. Çünki Yamala insan yaşamayan yerdi. Bundan sonra bölgəyə elm adamlarından ibarət  ekspedisiya göndərildi. Heyət geoloqlardan, təcrübəli coğrafiyaşünaslardan, dağçılardan ibarət idi. Amma onlar  quyuların səbəbi haqqında kiçik bir ipucu belə, əldə edə bilmədilər. 
 2. Antikitera mexanizmi.  Batmış qədim yunan gəmisində xəzinə axtaranlar tərəfindən tapılıb. XX əsrin əvvəlində üzə çıxarılan artifakt tarixdə “kompüterin ilk analoqu” sayılır. Təqvim kimi, yaxud astroloji ölçmələrdə istifadə edildiyi güman edilən mexanizmin olimpiya oyunlarının təşkilində də işə yaradığı düşünülür.  
 1.Donmuş... 20 dekabr 1980-ci ildə  gənc Cine Hiller öz  valideynlərinin yanına Minnesotaya gedirdi. Qəfildən maşını yoldan çıxır. Qız valideynlərinin tanışları olan bir ailənin yaxınlıqda yaşadığını bilirdi.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Paşinyan saqqalını qırxdı - VİDEO
Kirpi ona hücum edən bəbiri deşik-deşik etdi— VİDEO

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi