Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74598
az

O video saxtadır - SÜBUTLAR

14:0603 Oktyabr, 2022
231
OXU24 TV
  • A

Ortalıqda bir video dolaşır: guya Azərbaycan hərbçiləri əsir götürülmüş erməni hərbçiləri güllələmiş və üstəlik, bu vaxt video çəkiliş aparmışdır.

Birincisi, o darmacalda, dağın başında, el demiş, "iki daşın arasında" çəkiliş aparmaq nə dərəcədə inandırıcıdır? Döyüşçüləri çəkiliş qrupumu müşahidə edirdi guya? Tutaq ki, bir salnaməçi operator orada olsaydı, onun çəkdikləri qırağa sızardımı?

Və ya salnaməçi olmayan - çəkiliş aparan kimsə, döyüşmək lazım olan yerdə silahı qoyub, çəkilişləmi uğraşırdı ki?

İkincisi, hətta, belə bir hadisənin olduğu fərz edilsəydi, hadisə əlahiddə şəkildəmi, bütün öncələrdən və perspektivdən qopuq şəkildəmi "analiz" edilməlidir? Keçmiş: Xocalı Soyqırımını, qarnına pişik doldurulan hamilə qadınları, atanın yanında qızı, qardaşın yanında bacını, ər yanında xanımını zorlama səhnələrini canlandırmazmı?!. Sabah-birisigün Xocalı, Qaradağlı, Ağdaban, Baganis-Ayrım doğumlu bir hərbçinin edə biləcəyi hər hansı hərəkət təzahürləri meydana çıxsa, bunun affekt vəziyyətlə əlaqəsi heçmi düşünülməyəcəkdir?

Ancaq məsələ ondadır ki, butün soyqırımı aktlarına, erməni Allahsızlıqlarına baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri həmişə məhz ləyaqətli müharibə aparıb. Muharibədə qızıl ləyaqət bizim xarakterimizdir. Biz hərb meydanında savaşmağı da, əsirlə davranmağı da, sülh ortamında rəftarı da ozünəxas şəkildə bacaran zehniyyətə sahibik. 44 günlük müharibə vaxti Gəncəyə, Bərdəyə atılan, dinc sakinləri qanına qəltan edən qadağan olunmuş raketlərin əvəzinə İrəvan, Gümrü, Qafandakı dinc əhalini raket atəşinə tutmadıq. - Doyüş meydanında kişi kimi vuruşduq, Ermənistana məhz hərb meydanında bədəl ödətdik. Xocalı, Qaradağlı, Ağdaban, Baganis-Ayrım... doğumlu oğullar da bu xalqın layaqət xəmiri ilə yoğrulub. Onları fərqləndirməyim öz içimizdən çıxan gədələrə, anaəmcəyi kəsənlərə, arsız-pirsiz "ictimai fəal"lara, "yazıçı"lara, "jurnalist"lərədir, ilk növbədə.

Yəni, Azərbaycanlısızsa, erməniylə Azərbaycan əleyhində bir müraciətə qurumuş imzanızı atırsızsa, düşünməli olduğunuz məqamlar, cavab verməli olduğunz suallar vardır. O suallardan qaçış yoxdur.

Yada salaq: Ermənistanın keçmiş Müdafiə nazirinin bacısının o vaxt-bu vaxt Azərbaycanda (Kürdəmirdə) yaşaması bilinən faktdır. Ermənistanın əsir götürülmüş hərbçilərinin buradan kökəltmə məntəqəsindən çıxmış kimi ennənə-ennənə yola salındığını da unutmamışıq...
Bunlar "keçmiş" amilinə aid gerçəklərdəndir.

Perspektivə gəldikdə isə... Mən bu mövzu ilə bağlı müzakirə apardığım vicdanlı, ləyaqətli bir zabitin fikirlərini də oxucularla bölüşmək istəyirəm.

O, I Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik, "Qafqaz Tarixi Mərkəzi"nin Türkiyə təmsilcisi Akif Qasımovdur.

fff.jpg (35 KB)

Polkovnik Akif Qasımov

Peşəkar hərbçimizin məlum video ilə bağlı qısa analizinə istinad edərək, fikirlərimizi davam etdirək:

- Videoda "Atəş açmayın!" Əmrindən sonra atəşin açılması müşahidə edilir. - Peşəkar Azərbaycan ordusunda belə bir halın olması mümkün sayılmır. Azərbaycan əsgərində nizam-intizama (özəlliklə silah və atəş mövzusunda!) ciddi yanaşma mövcuddur. (Hələ-hələ söhbət öncül birliklərdən gedirsə)...

Əmrə itaətsizlik, icazəsiz əməllərin sonucu hərbi prokurorluğa verilmə məsuliyyəti və rütbəsini, hərbi yüksəliş şansını itirmə risqi yaradır. Demək, perspektivi dəyərləndirsək, bu cür özbaşınalıq hallarının sıfırlara endiyini qəbul etmiş olarıq;
Habelə,

- istinad olunan materialda hücum edən hərbi qulluqçuların üzündə və hərəkətlərində dəniz səviyyəsindən yüzlərlə metr yüksəkliyə qalxmış insanda olmalı olan fiziki yorğunluq, tövşümək kimi əlamətlər müşahidə edilmir;

- Səhnədə yer alan bütün hərbçilərin hərbi geyimləri təptəzədir və geyimlərin üzərində heç bir aşınma, yirtılma, köhnəlmə, su, palçıq, tər və s. kimi əlamətlər müşahidə edilmir;

- Ən önəmlisi, atəş açanlardan bir nəfərin "qatarla" ("avtomatik") amma digələrinin "tək-tək" vəziyyətində atəş açması müşahidə edilməkdədir. Avtomatik atan Kalaşnikov silahının lüləsinin ağız hissəsinə gümüşü rəngli bir qurğunun taxıldığı görünür.

dd111.jpg (13 KB)ffff56456.jpg (24 KB)

Bu qurğu "Boş mərmilər atmaq üçün nozzler (nasadka; "Насадки для холостой стрельбы") adlanır. Bu qurğu ilə (avtomatdan) avtomatik atışı təmin etmək üçün istifadə edilir; olmayanda isə tək-tək atır. Yəni ehtimal odur ki, istifadə edilən patronlar təlim məqsədli və filmlər üçün nəzərdə tutulmuşdur;

ff5lllss.jpg (27 KB)

- Güllələrin "dəydiyi" bədən və yerlər filmlərdə istifadə edilən imitasyon vasitələrdən yararalanılması ehtimalını yüksəldir. Tək-tək atış icra edənlərin güllə yerində, "cəsədlər" arasında ağ toz tüstüsünün çıxdığı görünür. Bu görüntüləri Ermənistan xüsusi xidmət orqanlarının təşkil etmədiyini və Azərbaycanın imicinə zərbə vurmaqçün növbəti cəhd olmadığını kim sübut edə bilər?

"Ermənistan XİN-in 2 oktyabr 2022-ci il tarixli, Azərbaycan Silahlı Qüvvələri tərəfindən hərbi cinayətlərin törədildiyini iddia edən bəyanatı onilliklər ərzində təcavüzkar siyasət yürüdən, bir milyona yaxın insanın fundamental hüquqlarını tapdalayan, hərbi və mülki şəxslərə qarşı çoxsaylı hərbi cinayətlər törədən bir ölkənin riyakarlığının nümunəsidir.

Vurğulayırıq ki, Ermənistandan fərqli olaraq Azərbaycan öz beynəlxalq öhdəliklərinə ciddi yanaşır və hərbi əməliyyatlar zamanı törədilən cinayətlərlə bağlı iddialar müvafiq dövlət qurumları tərəfindən araşdırılır". - Bu sözlər isə Azərbaycan Respublikası XİN-nin Mətbuat xidmətinin Ermənistan XİN-in hərbi cinayətlərlə bağlı bəyanatına dair tutarlı şərhindəndir.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Paşinyan saqqalını qırxdı - VİDEO
Kirpi ona hücum edən bəbiri deşik-deşik etdi— VİDEO

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi