Qaynar xətt:

(+99450) 247 90 86

Şəki sakini tualet qazanda görün nə tapdı - VİDEO

Şəki sakini tualet qazanda görün nə tapdı - VİDEO

ŞOU-BİZNES

1109

25.08.2022, 14:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şəkinin Vərəzət kəndində qəbir aşkar edilib.

APA TV-nin Şəkinin Vərəzət kənd sakini Təbriz Əliyev atası İkram Əliyevin həyətində quyu qazarkən orda qədim qəbrin olduğunu aşkarlayıb. Qəbrin ənənəvi formadan fərqli,  yəni  daş qutu şəklində olması onun diqqətini çəkib. Təbriz Əliyev dərhal qazıntını dayandıraraq aidiyyəti orqanların məsələni araşdırması üçün məlumat verib.  

Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon Şöbəsindən əraziyə ekspertlər gələrək qazıntı zamanı aşkar edilmiş insan sümüklərinin bir hissəsini  götürərək ekspertiza olunması üçün aparıblar. 

Şəki Elmi Mərkəzinin katibi Elşən Abdurəhmanov qəbirə baxış keçirərək onun daş qutu şəklində olması, yerləşmə istiqaməti, qəbirdə mərhuma aid əşyaların olmaması və sairə dəlillərə görə onun təxminən iki min ilə qədər yaşı ola biləcəyini deyir. Onun fikrinə görə ərazidə qazıntı işi aparılaraq tam nəticəyə gəlmək lazımdır.

Faktla bağlı  Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.