“Son zəng”dən əvvəl yoxa çıxdı, 22 gün sonra meyiti tapıldı
Füzulidə ötən gün kanaldan tapılan şəxsin kimliyi məlum olub.
Oxu24.com-un xəbərinə görə, həmin şəxs 2005-ci il təvəllüdlü Süleymanov Zaur Elşən oğludur.
Ötən gün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən Baş Mil kanalında axtarışlar zamanı onun meyiti tapılaraq çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Məlumata görə, Zaur, iyunun 13-də, “Son zəng”dən bir gün öncə yoxa çıxıb.
Qeyd edək ki, Zaur Süleymanovun intihar etdiyi ehtimal olunur. Ancaq maraqlı məqam ondan ibarətdir ki, o, ali məktəbə qəbul olmaq üçün sənədlərini təqdim etmişdi.(apa tv)
SON DƏQİQƏ! Mərkəzi Bank dollar və rublla bağlı açıqlama yaydı
SON DƏQİQƏ! SOCAR benzinlə bağlı vacib açıqlama yaydı
Oxu24.com
ŞƏRHLƏR