Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70262
az

Övladına yardım üçün efirə çıxan qadına əxlaqız təklif etdilər - VİDEO

19:2601 İyun, 2022
789
  • A

“APA TV-nin qaynar xətti, buyurun. Özünüzü təqdim edin, probleminiz nədir?”

Və beləcə hər gün onlarla zəng gəlir APA TV-nin qaynar xəttinə. Belə zənglərdən biri də mayın 24-də gəlmişdi. 

Bayılda məskunlaşan Aygün Niftəliyeva serebral iflicdən əziyyət çəkən 3 yaşlı övladı üçün kömək istəyirdi. Aygün bildirdi ki, qardaşının kirayə qaldığı evdə məskunlaşıb, heç yerdə işləmir, övladının müalicəsi və gündəlik qayğıları üçün xalqımızdan maddi dəstək gözləyir. 

Süjetimiz yayımlandıqdan sonra bir neçə şəxs balaca Miranın ehtiyaclarının ödənilməsi üçün ailəyə yardım edib. Ancaq hamı xoşniyyətli olmur, hətta yardım edəndə belə. 

Miranın Aygün Niftəliyeva deyir ki, yardım edənlərdən biri Miranın kart hesabına ödədiyi 100 manatı sonradan geri alıb. Səbəbi də...  “Zəng etdi ki, nömrənizi internetdən götürdüm və sizə yardım etmək istəyirəm. Ərzaq və uşağa bez aldı gətirdi. Elə gətirdiyi gündə də elçi gəldiyini bildirdi. Bildirdi ki, səni də, uşağını da necə lazımdır, yaşadacam. Dedim ki, ailə qurmaq istəmirəm. Bundan ötrü efirə çıxmamışam, yardım lazımdır. Bundan sonra mənə hədə-qorxu gəldi. Dedi ki, mən bilirəm nə edəcəyəm. Sonra anası gəldi ki, oğlu başdan bir az “heydir”. 100 manat verib sənə, gətir ver 100 manatı, çıxım gedim. Mən də 100 manatı qaytardım”. 

İddianın doğru olub-olmadığını araşdırmaq üçün sözügedən şəxslə - İmranla əlaqə saxlamağa çalışdıq. Əvvəlcə telefonu açıb bir xeyli səsimizi dinlədi. Növbəti zəngimizdə isə xəttin o başından bir qadın səsi gəldi. Kimliyimizi, niyə zəng etdiyimizi bilmədən ünvanımıza qeyri-etik ifadələr işlədərək, telefonu söndürdü.

Bəlkə də zəngimizə cavab verən anasıdır, bəlkə də digəri. Məsələ bizə də qaranlıq qaldı. Bəlkə də anasının Sabunçuda yaşayan və taksi sürücüsü kimi fəaliyyət göstərən İmran haqqında xoşagəlməz ifadələr işlətməsi də, İmranın atdığı addım da onların özləri üçün normaldır. Amma normal olmayan şey tək balasının müalicəsi üçün imdad diləyən anaya qarşı bu cür aşağılayıcı münasibətin göstərilməsidir. 

Sonda təkrarçılıq da olsa deyək ki, hazırda gənc ana övladının gündəlik ehtiyaclarını ödəmək üçün kömək istəyir. Çünki Miranın gündəlik qidası, çarpayısı və geyimləri yoxdur. 3 yaşlı körpəyə əl tutmaq istəyən şəxslər 4169738538077136 nömrəli hesaba pul köçürə bilərlər. 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Paşinyan saqqalını qırxdı - VİDEO
Kirpi ona hücum edən bəbiri deşik-deşik etdi— VİDEO

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Borca görə 15 dostunu  zəhərləyib   ÖLDÜRDÜ