Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
59629
az

Polis Sənubəri həbs etdi: Görün,nə edib +VİDEO

20:1613 Oktyabr, 2021
1291
  • A

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

Bu barədə  Oxu24.com-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Daxil olan əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı həmin qəsəbə ərazisində yaşayan Sənubər Vəliyeva tutulub. Polis Bölməsində onun əlindəki çantaya baxış zamanı 1 kiloqram 92 qram narkotik vasitə heroin, 115 qram psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi və bank kartları aşkar olunaraq götürülüb.

Araşdırma zamanı bu şəxsin narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə onlayn yolla aldığı məlum olub.

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat zamanı isə yaşadığı evin həyətindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan əvvəllər məhkum olunmuş Nizami Ağayev saxlanılıb. Onun Fatmayı qəsəbəsində yerləşən evinin həyətinə baxış zamanı ümumi çəkisi 74 kiloqram olan əkilib-becərilməsi qadağan edilmiş çətənə bitkisi aşkar edilib.

Qeyd edilən hər iki faktla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib. Sənubər Vəliyeva və Nizami Ağayevin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Prezident sərəncam imzaladı

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Dəhşətli partlayış kameraya düşdü

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi