Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
52375
az

DİN açıqladı: “Avtoş Rasim” həbs edilib +VİDEO

17:0009 Aprel, 2021
2182
  • A

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Bakı şəhərində avtoxuliqanlıq hərəkətləri edərək sosial şəbəkələrdə yayan, əvvəllər məhkum olunmuş, “Avtoş Rasim” kimi tanınan Rasim Şükürov saxlanılıb. 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Oxu24.com-a  verilən xəbərə görə, araşdırmalarla müəyyən olunub ki, o, aprelin 6-da idarə etdiyi “VAZ 2107” markalı avtomobillə paytaxt ərazisində avtoxuliqanlıq hərəkətləri edərkən hərəkətdə olan moped sürücüsü Edik Adıgözəlovu vuraraq hadisə yerindən yayınıb. 

Toplanmış materiallar Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Rasim Şükürov İnzibati Xətalar Məcəlləsinin 511.1-ci (avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə) maddəsi ilə təqsirli bilinərək 30 sutka inzibati qaydada həbs edilib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağır qəzadan video yayıldı
İlhamə Quliyevanın oğulluğunun itkin düşməsinin DETALLARI +VİDEO

Alimlər Avropanın mərkəzində kütləvi at sümükləri olan yer tapıblar

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Azərbaycanda titullu idmançı həbs edilib