Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
52018
az

Ordumuz Naxçıvanda hərəkətə gətirildi: VİDEO

18:4503 Aprel, 2021
7417
OXU24 TV
  • A

Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən birləşmələrdə  komanda-qərargah təlimi keçirilib.

Müdafiə Nazirliyindən Oxu24.com-a  verilən xəbərə görə, təlimin birinci mərhələsində qoşunların müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilməsi üçün birləşmə və hissələr "Həyəcan" siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb. Ərazidə qərargahlar tərəfindən müdafiə və hücum əməliyyatlarının planlaşdırılması hərbi qərar qəbuletmə prosedurlarına uyğun olaraq keçirilib.

Praktiki fəaliyyətlərə cəlb edilmiş tabor taktiki qurupunun bölmələri şərti düşmənin həmləsini dəf edərək onun canlı qüvvəsinə, zirehli texnikasına atəş zərbələri endirməklə hücum edən bölmələr üçün əlverişli şərait yaradıblar.

Təliminin sonuncu mərhələsi qəbul edilmiş qərarların, aparılmış hesabatların reallığının, bölmə komandirləri tərəfindən fəaliyyətlərin Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzində kompüterlər üzərində oynanılması ilə keçirilib. Kompüterlər vasitəsilə bölmə komandirləri ərazinin relyefindən istifadə etməklə düşmənə yaxınlaşma, manevr bölmələrinin atəş təminatı və yaranmış taktiki şəraitdə çevik qərar qəbuletmə bacarıqlarını təkmilləşdiriblər.

Təlimin sonunda fəaliyyətlərin təhlili aparılıb, çatışmazlıqlar qeyd olunub və qarşıya qoyulmuş məqsədlərə nail olunduğu vurğulanıb.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Tramvay yandı - VİDEO
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...