Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
51768
az

Ölülərini Qəbirdən Çıxardaraq Onunla Rəqs Edirlər - Ölkələr haqqında maraqlı məlumatlar

22:1431 Mart, 2021
3194
OXU24 TV
  • A

Taipusam bayramı, Hindistan

Hinduların bu müqəddəs bayramında insanlar öz tanrılarına fədakarlıqlarını göstərmək üçün bədənlərinin müəyyən bölgələrini deşdirirlər. Bu adət Hindistanla yanaşı Şri-Lanka, Sinqapur, Malaziya, Tailand və Myanmar kimi ərazilərdə də keçirilir. 

La Tomatina, İspaniya

Valensiyanın Bulon qəsəbəsində hər il təşkil olunan bu festivala yerli əhali ilə yanaşı minlərlə xarici turist də qatılır. Tonlarla pomidorun məhv edildiyi bu festivalın özünəməxsus tarixçəsi var. Belə ki, 1945-ci ildə yerli əhali tərəfindən təşkil olunan üsyanda polisə qarşı silah olaraq pomidordan istifadə olunub. Elə o ildən bəri də bu hadisə festival formasında keçirilir.

Zəhərli qarışqa adəti, Braziliya

Braziliyanın Amazon meşələrində yaşayan Satare-Maşe qəbiləsinin olduqca ağrılı bir adəti mövcuddur. Belə ki, oğlan uşaqları yetkinlik yaşlarına çatdıqlarını göstərmək üşün əllərinə içində zəhərli qarışqalar olan əlcək geyinməlidirlər. Qəbilənin üzvləri bunu bir tədbir halına gətirib və illərdir ki, davam etdirirlər. Cəsarət edib o əlcəyi geyinməyənin hələ də böyümədiyinə inanılır.

Ölüm ritualı, Venesuela-Braziliya

Venesuela və Braziliyada yaşayan Yanomami qəbiləsinin özünəməxsus adətləri var. Ölülərini yandıranYanomami qəbiləsi daha sonra qalan külləri hazırladıqları şorbanın içərisinə qatıb, içirlər. Bu inanca görə ölən şəxsin ruhu onu içən adamın bədəninə keçir. Üstəlik bu şorbanı ölünün ən çox sevdiyi insan içməlidir.

Diş düzləşdirmə, İndoneziya

Xüsusilə İndoneziyanın Bali adasındakı Hindular tərəfnidən həyata keçirilən bu adət evlilik mərasimi ilə bağlıdır. Oğlan və qızın evliliklərinin gerçəkləşməsi üçün mütləq həyata keçirilməli olan bu ritual bəzən toy zamanı da baş tutur.

Hamam qadağası, İndoneziya

İndoneziyada yaşayan Tidonq qəbiləsi toy mərasimi zamanı oğlanla qızı yan-yana oturdur, lakin aralarında bir-birlərini görməsinlər deyə pərdə olur. Şənliklər davam etdiyi müddətcə oğlan gözəl şeirlər deyib qızı razı salmayana qədər onun üzünü görə bilməz. Qız razı olduqdan sonra pərdə götürülür. Bundan sonra evlənən cütlüyə 3 gün müddətində çimmək qadağan olunur. 

Ölülərlə rəqs, Madaqaskar

Afrikanın cənubunda yerləşən Madaqaskarda olduqca qəribə bir adət mövcudur. Ölkənin hər yerində gerçəkləşdirilən bu adətə görə insanlar ölən ailə böyüklərinin cəsədlərini qəbirdən çıxarır, qəşəng geyindirib onlarla rəqs edirlər. Qeyd edək ki, bu adət bir ildən bir keçirilir.

Barmaq kəsmək, Papua Yeni Qvineya

Bəlkə də indiyədək eşitdiyiniz ən qəribə adətlərdən biri bu ölkə də həyata keçirilir. Eşidənlərin təəccübünə səbəb olan bu adətə görə insanlar sevdiklərini itirdikləri zaman yaşadıqları kədərin göstəricisi kimi barmağını kəsirlər. Bu eyni zamanda ölən insana olan sevgini göstəricisi kimi də qəbul olunur.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Məhbu qaçdı -İnterpol axtarışa verdi +VİDEO

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü