Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43299
az

Azərbaycanlı Şəhidin NİŞANLISINA VƏSİYYƏTİ - Ən Böyük Arzum...

18:2803 Dekabr, 2020
668
OXU24 TV
  • A

“Ata, müharibə başladı. Xeyir dua ver, hər şey yaxşı olacaq”.  Birdən məndən ötrü ağlayarsan. Qətiyyən Ağlamayın!

Bu gün  İkinci Qarabağ müharibəsində şəhid olan Elvin Abdurahmanov haqqında hazırladığı videonu sizə təqdim edəcəyik.


“Elvin subay idi. hələ evlənməmişdi. İki il idi ki, nişanlı idi. Hələ orta məktəb illərində, V-VI sinifdə oxuyarkən sevdiyi qızla nişanlı idi. Gələn il toyunu etməyə hazırlaşırdıq, qismət olmadı. Sən demə oğlum özü də bilirmiş ki, şəhid olacaq.   

O, həmişə ruh yüksəkliyi ilə torpaqların tezliklə azad olunacağını, hər şeyin yaxşı olacağını deyirdi. Məzuniyyət vaxtı evə gələndə həmişə anasından, nənəsindən uzaq gəzirdi. Səbəbini soruşanda deyirdi ki, onsuzluğa öyrəşsinlər.

Əks hücum əməliyyatları başlayan günü - sentyabrın 27-i səhər tezdən zəng etdi. 8-in yarısı olardı. Dedi ki, “ata, Bismillah eləmişik, müharibə başladı. Xeyir dua ver, hər şey yaxşı olacaq”. Ondan sonra sentyabrın 29-da zəng etdi, onunla saat 12-nin yarısı danışdıq. Anasına deyirdi ki, “birdən məndən ötrü ağlayarsan. Ağlama”.

Bu sözləri şəhid Elvin Abdurahmanovun atası Əbülfəz Abdurahmanov deyib.

O deyir:
 “Elvinin uşaqlıqdan hərbiyə marağı vardı, o dərslərini oxumurdu. Özünü ancaq hərbidə görmək istəyirdi”.  Oğlum orta məktəbi bitirəndən sonra Sərhəd Qoşunları Akademiyasına sənəd verdi, lakin qəbul ola bilmədi.

Naxçıvanda kəşfiyyat qrupunda əsgərlikdə olub. Əsgərlikdən gəldikdən sonra bir-iki ay başqa sahədə çalışdı. Sonra hərbçi olmaq istədiyini dedi. Sənədlərini verdi, əvvəl 6 ay Təlim Tədris Mərkəzində gizirlik kursu keçdi, sonra Qusara təyinat aldı. Bir-iki ay orada xidmət etdi.

Daha sonra Xüsusi Təyinatlı Qüvvələrə keçdi. 2 il idi ki, orada xidmət edirdi. İldə 1-2 dəfə məzuniyyət veriləndə evə gəlirdi”.

Şəhid atası deyir: "Oktyabrın 1-i onun ad günü idi. Səhərdən axşama qədər zəng etdim, amma danışa bilmədim. Oktyabrın 2-də şəhid xəbəri gəldi. Hərbçi yoldaşlarının dediyinə görə, mühüm tapşırığı yerinə yetirərkən Elvin və bir neçə hərbçi yaralanıb.

Onlar verilən tapşırığı yerinə yetirib, xeyli erməni əsgərini məhv edib, onların postunu da götürüblər. Elvin yaralı halda döyüş meydanında qalıb, arxadan kömək gələndə artıq onun şəhid olduğunu görüblər.

Elvin öz videosunu çəkəndə yeni yeri azad etmişdilər. Səhərisi gün başqa yüksəklik uğrunda döyüşlərdə şəhid olub”.
Qəbələnin Əmirvan kəndindən olan 24 yaşlı şəhid gizir E.Abdurahmanovun ölümündən əvvəl çəkdiyi həmin video sosial şəbəkələrdə geniş yayılıb.
---
Övladının Vətənin azadlığı uğrunda canını fəda etdiyini deyən ata bildirir ki, şəhidlərimizin heç birinin qanı yerdə qalmayıb: "Gələn il toy edəcəkdik. Şəhid olandan sonra telefonunu bizə verdilər. Qardaşlarına vəsiyyət edib ki, Vətən yolunda şəhid olsam, atama, anama yaxşı baxın, Vətənə layiqli övlad olun, nişanlı olduğum qızı isə öz bacınız kimi qəbul edin, onu da unutmayın”.
Elvinin qardaşı Elçin deyir ki, qardaşı şəhid olandan sonra telefonuna yazdığı vəsiyyətini tapıblar. Vəsiyyətdə yazılıb:
"Əgər mənə nəsə olsa, qırmızı flaş kartımda şəkillər var. Onlar silinib. Elçin, Məcnun, onları geri qaytarın, xatirə olaraq qalsın! Atama, anama yaxşı baxın! Vətənimizə, bayrağımıza, millətimizə bağlı namuslu oğullardan olun inşallah! Hər kəsin həyatda bir arzusu var. Mənim də qəlbimdə ən böyük arzum bir gün Vətənim üçün şəhid olmaqdır. Allaha əmanət olun, canım qardaşlarım!"
Qeyd edək ki, Şəhidimiz Abdurahmanov Elvin Əbülfəz oğlu 1996-cı ildə Qəbələ rayonu Əmirvan kəndində anadan olub..Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin giziri Abdurahmanov Elvin Əbülfəz oğlu Qəbələ rayonu, Əmirvan kəndində dəfn olunub. Allah rəhmət eləsin!

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Zəlzələ belə baş verib - VİDEO
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı