Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
42028
az

Azərbaycan 4 şəhid verib,100-ə yaxın düşməni məhv edərək bu əməliyyatdan qalib çıxıb - Şok detallar

12:3919 Noyabr, 2020
3870
OXU24 TV
  • A

Qubanın Alpan kəndindən olan Cavad və Murad Babayev qardaşları Vətən müharibəsinin ilk günündən döyüşlərə atılıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına vuruşan qardaşların hər ikisi şiddətli döyüşlərdə yaralanıb.

Xüsusi təyinatlı qüvvələrin sırasında yer alan Cavad Babayev Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib. Ayağından güllə yarası alan qəhrəmanımız həmin döyüşdə, yoldaşları ilə birlikdə düşmənin 100-ə yaxın canlı qüvvəsini məhv etməyi bacarıb: “Hadrut qəsəbəsi istiqamətində əməliyyat zamanı düşmənin “KamAZ” markalı avtomobillərdən ibarət karvanı ilə qarşılaşdıq. Bizə hücuma keçdilər. 

Qüvvələrimiz qeyri-bərabər olsa da döyüşə atıldıq. Onların 94 nəfərini məhv etdik. Bizdən isə dörd nəfər döyüşçümüz şəhid oldu, beş nəfər isə yaralandı. Ermənilər sayda çox olsalar da biz həmin döyüşdə qalib gəldik. Azərbaycan xalqı həmişə döyüşkən olub. Otuz il ərzində biz torpaqlarımızın azadlığını fikirləşmişik və bu yöndə fəaliyyət göstərmişik. Şükür olsun ki, biz bunu bacardıq. Başda Müzəffər Ali Baş Komandanımız olmaqla xalqımıza minnətdarlığımı bildirmək istəyirəm. Həqiqətən də xalqımız birlik, bərabərlik nümayiş etdirdi. İnanın ki, qələbə xəbəri gələndə yaralarımız elə bil tam sağaldı”.

Cavadın böyük qardaşı gizir Murad Babayev isə Füzuli uğrunda gedən döyüşlərdə, yaxınlığında mərmi partlaması nəticəsində baş və ayaq nahiyəsindən qəlpə yaraları alıb. Bu Muradın ilk yaralanmağı deyil. O, 2016-cı ilin Aprel döyüşlərində də yaralanıb: “Biz tək ordumuzla deyil, on milyonluq əhalimizlə döyüşdük. Qadınlarımız, analarımız duaları ilə bizim yanımızda oldu. Məktəbli uşaqlardan bizə məktublar gəlirdi. Bu ön cəbhədə bizə böyük mənəvi dəstək idi. Şükür olsun üzümüz ağ, zəfərlə qayıtdıq. Bu qələbədə Müzəffər Ali Baş Komandanın böyük rolu var. Prezidentimiz çıxışlarının birində yumruğunu sıxaraq düşmənə nümayiş etdirdi. Bu yumruq həm bizim xalqımızın birliyini göstərən, həm də düşmənin başını əzən yumruq oldu. Döyüşlərdə şəhid olan yoldaşlarım oldu. Allahdan onlara rəhmət, valideynlərinə, yaxınlarına səbir diləyirəm. Onlar Vətən uğrunda şəhid oldular”.

Qeyd edək ki, Babayev qardaşlarının hər ikisi ailəlidir. Muradın 4, Cavadın isə 2 övladı var. Hər iki qardaş tam sağalan kimi xidmətlərini davam etdirmək istəyirlər.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Məhbu qaçdı -İnterpol axtarışa verdi +VİDEO

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib