Şuşanın işğalına yol açan qətl! - Mikayıl Gözəlovun həyat yolu
20:1605 Aprel, 2018
3559
OXU24 TV
A
5 aprel Şuşanın sabiq icra başçısı, siu-qəsdin qurbanı olmuş Mikayıl Gözəlovun anadan olduğu gündür. Oxu24.com xəbər verir ki, APA TV-nin “İlham Tumasla 40 dəqiqə” layihəsinin növbəti buraxılışında Mikayıl Gözəlov xatırlanmaq yanaşı, onun sirli qətl tarixçəsinə də nəzər salınıb. Mikayıl Gözəlov haqqında kitabın müəllifi Kərim Kərimov deyib ki, Mikayıl Gözəlovun həmin dövrdə bölgə silahlı qüvvələrin formalaşmasında xidmətləri olub. K.Kərimov hesab edir ki, Mikayılm Gözəlovun qətli Şuşanın işğalına aparan həlledici mərhələlər idi. Yazıçı deyib ki, Mikayıl Gözəlova qarşı bir neçə dəfə sui-qəsd olnuşdu, onun içində olduğu vertolyot vurulmuşdu.
Mikayıl Gözəlovun qardaşı Rasim Gözəlov hadisənin təfərrüatlarını açıqlayıb: “Hadisə baş verən gün 3 nəfər ardıcıl olaraq – bir nəfər anası erməni olan Rəşad adlı bir nəfər avtomatı təhvil verib bunlara və digər iki nəfər inzibati binaya gəliblər. Elbrus girib Mikayıl müəllimin kabinetinə və həmin sualı verib ki, anası erməni olanlar Şuşadan çıxarılsın? Və deyib icazə ver ki, gedim onları öldürüm. Mikayıl müəllim onu başa salıb ki, bunun üçün hüquq-mühafizə orqanları var. Bu qapıdan çıxır. Çıxmaq istəyəndə çöldə gözləyən adam nə işarə edirsə, həmin an avtomatla atəş açır. Sual ortaya çıxır, əgər anası ermənini öldürmək istəyirdinsə, birinci yanındakını öldürərdin. Bütün bunlar sübut edir ki, bunlar əvvəlcədən hazırlanmış xüsusi xidmət orqanlarının işi idi”.Mikayıl Gözəlovun qızı Səbinə Gözəlova deyib ki, atası qətlə yetiriləndə 6 yaşı var idi: “Qoca Gözəlov Mərzili kəndinin ağsaqqalı olub. Biz atamdan çox babamı görmüşük. Atam qətlə yetirilən zaman bir Şuşada olmuşuq”. Tarix üzrə fəlsəfə doktoru, BDU-nun dosenti Boran Əzizli deyib ki, 1937-ci ildə repressiyaya məruz qalanlardan biri mərhum Qoca Gözəlov olmuşdu.
ŞƏRHLƏR