Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
20179
az

Aparıcılar qırğına çıxdı: Biabırçı videolarını efirdə göstərmirəm...+VİDEO

16:1129 Noyabr, 2019
5094
OXU24 TV
  • A

Space Tv-nin aparıcı Amil Xəlil bu gün sərt çıxışı ilə yadda qalıb. Belə ki, teleaparıcı verilişinə dəvət etdiyi şəxsin qarşı tərəfini də efirə dəvət edib. Bu zaman qarşı tərəf başqa kanala üz tutub. Bu isə  birmənalı  qarşılanmayıb. Verilişin aparıcısı  efirdən  ad  çəkmədən  bəzi  eyhamlar  vurub.

Oxu24.com -un araşdırması   zamanı  məlum olub  ki, aparıcının  çıxışı  ARB-nin aparıcısı  Elgiz  Əkbərə ünvanlanıb.  Amil Xəlil  efirdə  ad  çəkməsə də,  söhbətin Elgiz  Əkbərin  verilişində  ekspert kimi  iştirak  edən  vəkildən  getdiyi  məlum olub.
Bu haqda  aparıcı  facebook səhifəsində  statusda  yazıb.

 

Amil Xəlil sözlərinə görə qarşı tərəf başqa kanala çıxaraq vəkili ilə bərabər «Space tv» də olan şikayətçi Zamiq barəsində açıqlama verib. Amma iş o yerə gəlib ki, Elgiz bəy Zamiq haqqında  «manyak» və bu kimi sözlər səsləndirib. Space Tv-də olan Zamiq isə qarşı tərəfin başqa kanalda aparıcı ilə onun haqqında sərt danışmasını qınadığını bilirib. «Mən həmin aparıcının xətrini çox istəyirəm. İllərdir televiziyadadır. Və illərdir sözünü deyir. Amma son günlər eşitdiklərim və gördüklərim məni dəhşətə gətirir. Bir həmkar olaraq pis oldum. Axı sizin əlinizdə heç bir sübut olmadan, nədir-nədir Zamiqin şikayət etdiyi xanımın vəkili verilişdə iştiak edirsə siz niyə mövqeyinizi bir tərəfli aparırsınız? Tanımadığınız adam haqqında bir jurnalist olaraq sərt çıxış etmək bəyəm jurnalistikanın qanunlarına uyğundurmu? Mən o xanımın biabırçı videolarını efirdə göstərmirəm, amma siz bəyin icazəsi olmadan onun şəkillərini təqdim edib, onu alçaldırsınız.  Əgər normal araşdırma aparırdınızsa bizimlə də kontakta keçə bilərdiniz. Çünki mənim yanıma başqa kanalda olan şikayətçi gələrkən dərhal həmin kanalla əlaqə qurur ətraflı məlumat alıram.» deyə Amil Xəlil bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aparıcılar qırğına çıxdı: Biabırçı videolarını efirdə göstərmirəm...+VİDEO
Əyləncə mərkəzində baş vermiş biabırçı hadisə kameraya düşdü

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi