Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda məşhur plazada yanğın

ŞOU-BİZNES

1133

07.04.2019, 09:52

  Bakının Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı küçəsində yerləşən “Altes Plaza”nın 8-ci mərtəbəsində yanğın baş verib. ONA xəbər verir ki, yanğın məişət tullantıları olan eyvanda başlayıb. Hadisə yerinə 3 yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı alınıb, alovun evin içərisinə keçməsinə imkan verilməyib. “Altes Plaza”nın təhlükəsizlik xidmətinin rəisi ONA-ya bildirib ki, yanğın eyvana atılmış siqaret kötüyündən başlayıb. Hadisə zamanı evdə heç kəs olmayıb. Faktla bağlı araşdırma aparılır.