Qaynar xətt:

(+99450) 247 90 86

Ceyhun Bayramovun Türkiyədəki bu jesti VİRAL OLDU -VİDEO

Ceyhun Bayramovun Türkiyədəki bu jesti VİRAL OLDU -VİDEO

OXU24 TV

670

29.10.2026, 21:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) sammiti öncəsi salınan “Beştəpə Millət Ormanı” və “Türk Dövlətləri Mədəniyyət Parkı” Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və təşkilata üzv ölkələrin dövlət başçılarının iştirakı ilə istifadəyə verilib.

Oxu24.com  xəbər verir ki, rəsmi açılış mərasimindəki fotoçəkiliş zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov diqqətçəkən addımı ilə yadda qalıb.

Belə ki, fotoçəkiliş zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin xanımı Ziroat Mirziyoyevanın sırğası yerə düşüb. Bunu görən Azərbaycanın XİN rəhbəri dərhal nəzakətli jest edərək birinci xanımın sırğasını götürüb özünə təqdim edib. Nazirin bu addımı mərasim iştirakçılarının marağına səbəb olub.