Xəzər sahilində olan hansı obyektlər söküləcək? - VİDEO
19 Noyabr 2026, 23:15
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
518
11.10.2026, 00:19
Azərbaycanın regional gündəliyində diqqət çəkən məqamlardan biri MDB-də qarşıdakı sədrliyə hazırlıqdır. 2027-ci ildə ölkəmiz təşkilatda həmsədr olacaq, 2028-ci ildə isə sədrliyi üzərinə götürməyə hazırdır.
Bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının Avazada keçirilən iclasında bildirib.
Oxu24.com-un xəbərinə görə, söhbət təkcə təşkilati məsuliyyətdən getmir. Nəqliyyat dəhlizlərinin genişləndirilməsi, ticarət əlaqələrinin inkişafı və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi Azərbaycanın qarşıdakı dövrdə diqqət yetirəcəyi əsas istiqamətlərdəndir.
Ancaq, Avazanın gündəliyində siyasi əməkdaşlıqla yanaşı, bütün sahilyanı ölkələrin gələcəyinə təsir edən başqa bir məsələ də var. Xəzər dənizinin dayazlaşması. Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan liderlərini bir araya gətirən Xəzər Ekoloji Sammitində dənizin səviyyəsinin azalmasına qarşı birgə tədbirlər müzakirə olunub.
Xəzər dənizinin səviyyəsinin enməsi ilə bağlı yaradılan beştərəfli dövlətlərarası komissiyanın ilk iclası 2027-ci ilin birinci yarısında Azərbaycanda keçirilməsi nəzərdə tutulur. Bu, ölkəmizə yalnız müzakirələrdə iştirak deyil, Xəzərin gələcəyi ilə bağlı birgə iş mexanizminin formalaşdırılmasında da mühüm rol imkanı yaradır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
22:01 / 20 Noyabr 2026
1
21:52 / 20 Noyabr 2026
43
21:48 / 20 Noyabr 2026
50
21:21 / 20 Noyabr 2026
69
20:50 / 20 Noyabr 2026
114
20:40 / 20 Noyabr 2026
139
20:33 / 20 Noyabr 2026
101
20:25 / 20 Noyabr 2026
200
20:25 / 20 Noyabr 2026
108
20:20 / 20 Noyabr 2026
111
20:18 / 20 Noyabr 2026
101
20:06 / 20 Noyabr 2026
104
20:02 / 20 Noyabr 2026
688
20:01 / 20 Noyabr 2026
98
19:50 / 20 Noyabr 2026
122
19:50 / 20 Noyabr 2026
104
19:46 / 20 Noyabr 2026
109
19:37 / 20 Noyabr 2026
139
19:37 / 20 Noyabr 2026
1176
19:29 / 20 Noyabr 2026
103
19:23 / 20 Noyabr 2026
116
19:23 / 20 Noyabr 2026
107
19:16 / 20 Noyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.