Deputat turisti zorladı
07 Fevral 2025, 19:06
Qaynar xətt:
(+99450) 247 90 86
ŞƏRHSİZ
4280
02.02.2023, 11:39
Məşqçi arvadının yanında evli qadınla münasibətdə olurmuş
“Sərhədçi” idman kompleksinin kikboksinq üzrə məşqçisi Nurani Qalabəylinin qətlində ittiham olunan 36 həyat yoldaşı Əfsanə Qalabəylinin məhkəmə prosesi davam edir.
Oxu24.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan sonuncu prosesdə şahid qismində Fidan Babaşova (şərti) ifadə verib. Məhkəmədə məlum olub ki, 49 yaşlı Nurani 3 il ərzində Fidanı Əfsanə ilə yaşadığı evə gətirib və onun yanında Fidanla intim münasibətdə olub. Elə qətl hadisəsi də bu hərəkətlərin sonunda baş verib.Prokurorun suallarını cavablandırarkən məlum olub ki, Fidan özü də həmin vaxt evli imiş, iki uşağı varmış: “Ərimin bu hadisələrdən xəbəri yox idi. Nuranigildə qalanda yalandan ərimə qardaşımgildə qaldığımı deyirdim. Adətən onlara gecə gedirdim. Arvadı da, uşaqları da evdə olurdu. Hətta Əfsanə bizə otaq hazırlayırdı, həmin vaxtlarda onun gərgin olduğunu hiss etməmişəm".Prokurorun “Nəyə görə Əfsanə sənin Nurani ilə görüşməyinə göz yumurdu?” sualına şahid cavabında, “Nurani mənə dedi ki, Əfsanənin mənə etiraz etməyə haqqı çatmır”.Bu zaman Əfsanə deyib ki, əri təkcə Fidanla əlaqədə olmayıb. Onun sözlərinə görə, Fidan görüşə gələndə bacısı qızını da gətirib. Məhkəmədə Əfsanə Fidana “Uşaqlarımdan heç utanırdın?” sualını verib. Fidan isə cavabında evə gecələr gəldiyi üçün uşaqların onu görmədiyini, 3 il ərzində cəmi bir dəfə Nuraninin övladlarının onları gördüyünü deyib.Daha sonra şahid qismində Qalabəylilər ailəsinin qonşuları ifadə verib. İfadə verən hər iki qonşu ailəni yaxından tanımadığını, səs-küylü ailə olmadıqlarını deyib.Xatırladaq ki, ötən dəfəki prosesdə Əfsanə Qalabəyli ərinin illərlə ona əziyyət verdiyini, döyüb təhqir etdiyini, özü və uşaqları evdə ola-ola başqa qadınlar gətirdiyini bildirmişdi.
Qeyd edək ki, hadisə günü dindirilən uşaq da evdə olub. Əfsanə və Nurani Qalabəylilərin birgə nikahdan 4 övladı var.Məhkəmə araşdırması davam edir.Xatırladaq ki, hadisə ötən ilin sentyabrında olub. Əfsanə Qalabəyli bıçaqla çoxsaylı xəsarətlər yetirərək Nurani Qalabəylini öldürüb.
Mənbə:Qafqazinfo
02:27 / 07 Oktyabr 2026
117
02:18 / 07 Oktyabr 2026
207
01:44 / 07 Oktyabr 2026
126
00:44 / 07 Oktyabr 2026
158
00:32 / 07 Oktyabr 2026
407
00:10 / 07 Oktyabr 2026
138
23:58 / 06 Oktyabr 2026
79
23:41 / 06 Oktyabr 2026
156
23:27 / 06 Oktyabr 2026
233
23:10 / 06 Oktyabr 2026
120
22:57 / 06 Oktyabr 2026
116
22:50 / 06 Oktyabr 2026
106
22:38 / 06 Oktyabr 2026
139
22:35 / 06 Oktyabr 2026
136
22:30 / 06 Oktyabr 2026
281
22:28 / 06 Oktyabr 2026
101
22:25 / 06 Oktyabr 2026
115
22:22 / 06 Oktyabr 2026
3850
22:17 / 06 Oktyabr 2026
2842
22:12 / 06 Oktyabr 2026
78
22:10 / 06 Oktyabr 2026
581
22:10 / 06 Oktyabr 2026
85
21:42 / 06 Oktyabr 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.