Qaynar xətt:

(+99450) 247 90 86

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır

18+

406

05.05.2024, 13:57

Bir kişi Sankt-Peterburqdan olan 11 yaşlı məktəbli qıza messencer vasitəsilə intim videolar göndərib.

 

Oxu24.com-un   REN TV-yə istinadən verdiyi  məlumata  görə qızın anası polisə müraciət edib.

Video məktəbli qızın telefonuna şənbə günü, mayın 4-də göndərilib. Qızın anası baş verənlərdən elə həmin gün xəbər tutub.

"Naməlum şəxs qadının qızına qarşı nalayiq hərəkətlər edib, yəni o, intim xarakterli video yazı göndərib", - kanalın həmsöhbəti bildirib.

Videonu göndərən şəxsin  kimliyi ilə bağlı hələlik məlumat daxil olmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

 

Nigar