İftarda qəti şəkildə bunları yemək olmaz — Dietoloqla MÜSAHİBƏ
18 Mart 2025, 11:45
Qaynar xətt:
(+99450) 247 90 86MÜSAHİBƏ
4743
25.01.2023, 20:03
13 il müddətinə azadlıqdan məhrum edilən, 2019-cu ilin mart ayında isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri harada yaşayır, nə ilə dolanır, 43 milyonluq əmlaklar kimindir, Eldar Mahmudovla əlaqəsi varmı?
“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov Bakı Apelyasiya Məhkəməsinə yenidən müraciət edib.
"Qaynarinfo"nun məlumatına görə, sabiq məmur bu dəfə ailəliklə cavabdeh qismində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsini məhkəməyə verib. İddiaçı qismində Vidadi Zeynalovla bərabər oğlanları Zeynal Zeynallı və Pərviz Zeynalov, qızı Lalə Zeynalova, həyat yoldaşı Zeynalova Natəvan Hüsü qızı, qohumu Zeynalova Şura Məhəmməd qızıdır. Qeyd edək ki, Vidadi Zeynalov məhkəmələrdə dəfələrlə uduzsa da, yenidən 43 milyonluq həbs qoyulan əmlaklarını geri istəyir. O, halal yolla bu əmlakları əldə etdiyini deyir.
Vidadi Zeynalovun geri almağa çalışdığı əmlakların siyahısında Nərimanov rayonunda ümumi dəyəri 21 milyon olan qeyri-yaşayış sahəsi və evlər var. Daha iki mənzil Xətai rayonundadır ki, onların da toplam dəyəri 650 min manatdan çoxdur. Yasamal rayonundakı 5 mənzili də geri istəyirlər ki, onların da toplam dəyəri 700 min manatdan çoxdur. Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Malik-Aslanov küçəsi, 5C saylı ünvanda yerləşən qeyri-yaşayış binasının (Zeynalova Lalə Vidadi qızının adına) dəyəri isə 2 milyon 45 min manatdır. Qaradağ rayonu, Sənqəçal və Şanqar qəsəbəsində iki torpaq sahəsinin (Zeynallı Pərviz Vidadi oğlunun adına) dəyəri 1 milyon 600 min manatdan çoxdur.
Bundan başqa, Qəbələ rayonu Bum kəndində 300 min manatadək torpaq sahələri də geri istənilən əmlaklar sırasındadır. İsmayıllı rayonunda 8 müxtəlif torpaq sahələri də Zeynanolovların əmlakları sırasındadır. Üzərinə həbs qoyulmuş əmlakların ümumi dəyəri isə 43 milyon 489 min 537 manat təşkil edir.
Yada salaq ki, Vidadi Zeynalov “MTN işi”nə görə həbs edilən məmurlardandır. O, 2015-ci il noyabr ayının 13-də həbs edilib. 2017-ci il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası seçilən Vidadi Zeynalov 73 milyon 590 min manat məbləğində dövlət vəsaitinin mənimsənilməsi və israf edilməsinin təşkilində təqsirləndirilirdi. O, 2019-cu ilin mart ayında azadlığa buraxılmışdı.
“Yeni Müsavat”ın əməkdaşı Vidadi Zeynalovla əlaqə saxlayaraq məhkəməyə təqdim olunan şikayətlə bağlı onun fikirlərini öyrənib. Vidadi Zeynalov Bakı Apelyasiya Məhkəməsinə şikayət vermədiyini deyib:
- Mən apelyasiya şikayəti verməmişəm. Mənim adıma nə var müsadirə ediblər, bir rəhmətlik anamın adına olan nə varsa, o qalıb. Şikayəti verən övladlarımdır. Onların hərəsinin öz ailəsi var. Onlar hərəsi bir yerdə evsiz qalıblar. Onlar yazıblar ki, yaşadığımız evləri qaytarın.
- Deyirsiniz ki, apelyasiya şikayətində göstərilən əmlakların heç birinin sizə aidiyyəti yoxdur?
- Yox, yox, mənə aidiyyəti yoxdur. Mən Yevlaxda yaşayıram. Qızımın əri qoyub çıxıb getdi ki, evimizi-eşiyimizi aldılar əlimizdən. Onlar da vəkil tutub şikayət yazıblar. Mən də heç qarışmıram, getmirəm də, gəlmirəm də...
- Siz apelyasiya şikayəti verməmisiz?
- Yox. Sadəcə, mənim adım olanda oxu sayı çox olur.
- "Rabitə işi" ilə bağlı adınız çox hallanıb, barənizdə çox yazılıb, məşhurlaşmısız, diqqət mərkəzinə gəlmisiz. Barənizdəki hökmdən şikayət vermək fikriniz varmı?
- Yox, boş şeydir hər şey. Bu gün rahat oturmuşam, sərbəst yaşayıram. Yeyib-içməyim var, ətrafımda sinif yoldaşım, qrup yoldaşım, kəndçim, qonşum. Günümü keçirirəm Yevlaxda.
- Əvvəllər Şamaxıda Məlhəm kəndində yaşayırdınız. Yaxınlıqdakı Çuxuryurdda “Rose Park” adlı restoranınız da vardı. Qalırmı sizdə?
- Onda bizi çıxartdılar, qaynımın evində gedib qalırdım. Həmin vaxt Yevlaxdakı evimizin üzərinə də həbs qoyulmuşdu. Yevlaxdakı evimizi Ali Məhkəmə “stop”dan çıxardı. Çünki atam 26-cı ildə həmin evdə anadan olub. Elə bu həyətdə anadan olub. Anam da dözmədi buna, rəhmətə getdi dərddən. Üzərindən həbs qərarı götürüləndən sonra yığışıb gəldim bu evə.
- Övladlarınız nə işlə məşğul olur?
- Biri “Narxoz”da “meskom” idi. Öz ərizəsi ilə işdən çıxdı. Əvvəllər “can” deyənlər aralı durub salam verməyə can çəkdilər. İndi də özü üçün ora-bura qaçır, dolanır. Qızım Prezident Administrasiyasında işləyirdi, o da oradan çıxdı. Gedib haradasa bir firmada işləyir. Balaca oğlum da özü üçün elə əvvəldən biznes qurub. Oradan pomidor, buradan xiyar alıb ora-bura satır. Belə başını fırladır.
- Müsadirəyə götürülən əmlakın dəyərinin 45 milyon manat olduğu cinayət işinin materiallarında yer alıb. Bu əmlakın alındığı pulun mənbəyi haqda nə deyə bilərsiz?
- Boş şeydir. Yazırlar da. Gedin İsmayıllıda baxın, cəmi 12 belə torpaq var, üst-üstə yığanda cəmi 3 hektar yarım torpaqdır. Bunlar həmin torpaqları 700 neçə min manata yazıblar. İsmayıllıda ən yaxşı yerdə torpağın hektarı 5 min manatdır. Gedib yazıblar da, qiyməti şişirdiblər, şou yaradıblar. Qəbələdə o vaxt dostum vardı, dedi ki, gəl fındıq bağı salaq. Oğlumla, mənimlə yox. Oğlum gəldi, dedi ki, ata, belə bir iş eləyirlər. Olar mən də gedim iş qurum orada. Oğlumun qrup yoldaşı idi, kim idi. İki nəfərə gedib Bum kəndində adama 30-40 sot olmaqla 5-6 torpaq aldılar. O torpaqları da 400-500 min manat yazıblar. Yox bir, 40 milyon, 50 milyon... Onun yarısını gətirib versinlər, siyahıda nə yazıblar götürsünlər. Heç yarısını yox, üçdən birini versinlər, görək o qiymət alınır, ya yox...
Həmçinin oxuyun
- Əmlakların belə qiymətləndirilməsində nə maraq var?
- Mən təzə tutulanda şou yaratmaq üçün elədilər. Mən onda həbsdə idim. Bu gün həmin əmlaklar bazara çıxarılanda yenidən qiymətləndirilməlidir, qayda belədir. Kimdir bu gün həmin torpaqları onların yazdıqları qiymətlə alan? Bu gün orada torpaq satanlar yalvarırlar 4-5 mindən satmağa.
- Yasamalda 5 mənzilə 700 min qiymət qoyublar. Bu da real qiymət deyil?
- Yasamalda mənə aid əmlak olmayıb. Qayınatamın olub. O, ilkin siyahıdır, yazıblar saytlar. Sonra bacanağımın evi olub. Sonra da kiminsə evi olub. Sonra bacımın evinin üzərinə də həbs qoyublar. Bacımın Bakıda, o zaman Moskva prospektində ərə getdiyi evin üzərinə də həbs qoyublar. Bacım o evə ərə gedib, onun yoldaşı o evdə anadan olub. O evi də tutub alıblar bacıma görə. Sonradan da gedib araşdırdılar ki, bacım ərə gedənə qədər də o ev onların olub. Yəni mənə heç bir aidiyyəti yoxdur. Qayınatamın 84 yaşı var. Onun şəhərdə evi olmamalıdır? Yaşadığı evi getdilər yoxladılar, gördülər ki, corabdan şalvara qədər hamısı bunlarındır, mənə aidiyyəti yoxdur o evin. İnandılar. Komissiya yaratdılar yoxlamağa. Apelyasiyada o vaxt çıxartdılar onun xeyli hissəsini. Adam vardı ki, ad-familiyası bacımla uyğun gəlirdi, evi də “Sovetski”də idi. O evin də üzərinə həbs qoymuşdular. Sonradan araşdırdılar ki, o qadın bacım deyil, sadəcə, ad-familiyası uyğun gəlir. Qaldı uşaqlara və anama aid olan əmlaklar. Anam qardaşımla qalırdı. Qardaşımın adına Bakıda çox yerlər var. Anam da rəhmətə getdi. İndi də uşaqlar şikayət veriblər, nə etsinlər?
- Qaradağ rayonunun Sənqəçal, Şonqar qəsəbələrindəki torpaqlarla bağlı nə deyə bilərsiz? 1 milyon 600 min manat dəyərləndirilib...
- Şonqar qəsəbəsində 15 hektar yerdir, 20 illik icarəyə götürülüb. Orada bir nəfər var, heyvandarlıq edəcəkdi, ət kəsimi etmişdi. Elə indi də orada o işlə məşğuldur.
- Kim idi həmin şəxs?
- Adını demirəm, qrup yoldaşım idi. Torpağı da dövlətdən 20 illik icarəyə götürüb. Sabah dövlət gəldi, dedi ki, icarə müqaviləsini ləğv edirəm, nə deyəcəksən? Əmlak mənimdir, torpaq dövlətin. Orada 14 icarə yeri var. Onun sonra icarələri də çıxardılar.
- Hazırda nə ilə dolanırsız? Təqaüd alırsızmı?
- Mənim 64 yaşım var, təqaüd almağa 1 ilim qalıb. Alan kimi birinci qonaqlığı mətbuat işçilərinə verəcəyəm.
- Keçmiş rabitə naziri Əli Abbasovla görüşüb ona qonaqlıq verirsizmi?
- Yox, heç görüşməmişəm, görüşmək də istəmirəm.
- Əli Abbasov sizinlə görüşməyə cəhd edibmi?
- Dəfələrlə belə cəhdlər edib, lakin mən görüşməmişəm, demişəm ki, sağ ol.
- Onun sizin həbsinizə yol açan hərəkətləri olmayıb?
- Onun nə günahı var? Xoşum gəlmirdisə, gedib yanında oturmazdım. Bunu məhkəmədə də demişəm. Orada gedib oturmuşamsa, demək, öz günahımdır.
- Sizi Eldar Mahmudovla da əlaqələndirirdilər. Bu gün də əlaqəniz qalırmı?
- Onu bizə qatmayın. Onun bizə nə aidiyyəti var? Ümumiyyətlə, heç bir işimiz olmayıb onlarla. Sadəcə, bizim işimiz gəlib onlarla bir yerə düşdü. Bir tanıdığı adam bizimlə bir işləyirdi. Bu gün küçədə-bayırda Eldar Mahmudovla üz-üzə gəlsəm, onu tanımaram. Mən heç vaxt Eldar Mahmudovla görüşməmişəm.
- Məhkəmədən nə gözləyirsiz?
- Nə qərar istəyirlər, verəcəklər...
00:30 / 11 Aprel 2025
Tramp Türkiyəyə gedəcək - KİV
57
22:49 / 10 Aprel 2025
Dövlət proqramı ilə xaricdə təhsil almaq istəyənlərin nəzərinə! - Sənəd qəbulu başladı
72
22:26 / 10 Aprel 2025
Ən sürətli interneti olan ölkələr - Azərbaycan neçənci sıradadır? - SİYAHI
75
21:52 / 10 Aprel 2025
Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA
250
21:48 / 10 Aprel 2025
Zəngə cavab verən kimi kartdan pulunuz OĞURLANA BİLƏR
292
21:43 / 10 Aprel 2025
4 gün komada qalan hamilə qadını həkimlər xilas etdi: Ana və uşaq sağ qaldı
73
21:19 / 10 Aprel 2025
Uşağını meymunla dəyişdirdi
83
20:46 / 10 Aprel 2025
Ət məhsullarında ölümcül bakteriya aşkarlandı - Marketlərdən yığışdırılır
98
20:40 / 10 Aprel 2025
Hollandiya ölkənin nazirliklərindən böyük məlumat sızması barədə məlumat verib
81
20:35 / 10 Aprel 2025
Xaricdə yaşayan bloger istintaqa dəvət edilib
101
20:25 / 10 Aprel 2025
Xanlar Vəliyev haqda nə bilirik?
237
20:22 / 10 Aprel 2025
Lukaşenkodan Rusiya ilə bağlı açıqlama
90
20:18 / 10 Aprel 2025
Uşaqların sayı azalır, ailə qurmaq yaşı isə artır
122
20:03 / 10 Aprel 2025
Lukaşenko idxalı əvəzləmənin gücləndirilməsinin vacibliyini bəyan edib
95
19:45 / 10 Aprel 2025
Üzüm suvaran maşın — Maraqlı video
102
19:37 / 10 Aprel 2025
Polşa Smolensk hava qəzası ilə bağlı araşdırmanı uzadıb
98
19:33 / 10 Aprel 2025
Sənəd qəbuluna start verilib
115
19:24 / 10 Aprel 2025
“Son zəng”lə bağlı qadağa olacaq? - RƏSMİ AÇIQLAMA
117
19:16 / 10 Aprel 2025
Tramp Çin mallarına rüsumları 145%-ə qaldırıb
105
19:11 / 10 Aprel 2025
Polşa ABŞ-Rusiya münasibətlərində dəyişikliklərə icazə verdi
97
18:57 / 10 Aprel 2025
Yük maşını betona çırpılıb, radar aşıb - FOTO - VİDEO
122
18:52 / 10 Aprel 2025
Ölmək də olmur... — Qəbir yerlərini satanlar pulu kimlərlə bölür?
944
18:38 / 10 Aprel 2025
Britaniya Gürcüstanın baş prokuroruna qarşı sanksiyalar tətbiq edib
105
18:12 / 10 Aprel 2025
Ailənin sonbeşiyi idi,şəhid oldu — Doğum günü olan qəhrəmanımız
707
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.