Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
27321
az

İbrahim Məmmədov: “Genişmiqyaslı epidemiya olsa, bunun altından çıxa bilməyəcəyik” - VİDEO

23:4026 Mart, 2020
3572
MÜSAHİBƏ
  • A

Bu gün Azərbaycanda ən çox sayda koronavirusa yoluxma olub və xüsusi rejimli xəstəxanalardakı xəstələrin sayı 104-ə çatıb”.

Oxu24.com  xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. “Qorxulu məqam yoluxanların sürətinin sağalanların sürətini çox üstələməsidir. Azərbaycanda indiyədək 122 nəfərdə koronavirus aşkar edilib, cəmi 15 nəfər sağalıb. İspaniyada bu dinamika var idi.

Bizim də ora getməməyimiz üçün xüsusi karantin rejiminə ciddi əməl edilməlidir. Karantin rejimi imkan verir ki, cərimələr və məcburiyyətlər tətbiq edilsin. Amma hələlik bunu etmək istəmirlər, ümid olunur ki, insanlar öz fərdi məsuliyyətlərin başa düşəcəklər.

Əgər bu, ölkə daxilində genişmiqyaslı epidemiyaya səbəb olsa, bunun altından çıxa bilməyəcəyik. Ona görə bugünkü müşavirədə şəhər və rayon icra orqanlarına tapşırıldı ki, karantin rejiminin tələblərinə ciddi əməl olunsun. Üç gün göstərir ki, insanlar karantin rejiminə əməl etmək istəmirlər”, - deyə İbrahim Məmmədov bildirib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Muxtar Mustafayev: “Azərbaycan vəkilliyində keçmiş hakimlər, prokurorlar, alimlər təmsil olunur”
Araz Ağalarov kamera qarşısına çıxdı - Hər şeyi açıqladı +VİDEO
Azərbaycanlı polkovnik Ukraynada həlak oldu

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Azərbaycanda nəvəsinə cinsi təcavüz edən baba həbs edildi