"Lələtəpə" uğrunda yaralanan qazi ilə MÜSAHİBƏ
05 Aprel 2025, 11:20
Qaynar xətt:
(+99450) 247 90 86"Azanı da Raqufun can dostu,qəhrəman kəşfiyyatçı Xanı verdi" — Şəhid xanımı ilə MÜSAHİBƏ
AKTUAL
3703
03.04.2025, 19:10
Azərbaycan hərb tarixinə xüsusi əhəmiyyəti ilə düşən “Aprel döyüşləri”ndən 9 il ötür.
Oxu24.com xatırladır ki, tarixə "4 günlük müharibə",yaxud "Aprel döyüşləri" kimi düşən hərbi əməliyyat 2016-cı ilin aprelin 1-dən 2-nə keçən gecə başlayıb. Aprelin 4-nə qədər davam edən əks-həmlə tədbirləri zamanı ordumuz bir sıra ərazilərə nəzarəti ələ keçirdi.
Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu.
Təsadüfi deyil ki, bu gün “Aprel döyüşləri” böyük zəfərin başlanğıcı kimi xarakterizə olunur.
Bəs,”Aprel döyüşləri”ni bizə bu qədər dəyərli edən nədir? Bu sualın ən doğru cavabı şəhidlər kəlməsidir. Bəli,məhz verdiyimiz şəhidlərin sayəsində biz həmin torpaqları qazandıq. Qazanılan həmin torpaqların üzərində möhkəmlənərək növbəti,44 günlük savaşla düşmənə sonuncu, həlledici zərbəni vurduq.Bu səbəbdən də “Aprel döyüşləri”,həmin döyüşlərdə şəhid olanların qanı ilə biz tarixə qalib xalq kimi adımızı yazdıra bildik.
Həmin döyüşlərdə şəhid olanlardan biri də "Murovun Qartalı" kimi xarakterizə olunan polkovnik-leytenant Raquf Orucovdur. Raquf Orucov 1972-ci il 12 iyulda Ağdam rayonunun Cinli kəndində Raya və İbrahim Orucovların ailəsində anadan olub.Onun anası Raya xanım 1993-cü ilin 12 iyununda Ağdam rayonunun Cinli kəndinin işğal edilməsi nəticəsində şəhid olub. Elə həmin ildən Raquf Orucov sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə vermiş, lakin ertəsi il həmin məktəbə qəbul ola bilmişdi.
Raquf Orucov Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbində iki il ərzində lazımi biliklərə yiyələnmişdi. 1996-cı ildə həmin məktəbi bitirən Raquf Orucov daha sonra Bakı şəhərində yerləşən hərbi hissələrin birinə təyinat almış, amma gənc zabit ön cəbhədə olmağa üstünlük vermişdi. 1996-cı ildə təyinatını Murovdağa almış və kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətini davam etdirmişdi. 2003–2005-ci illər arasında Ali Hərbi Akademiyanı bitirib. Hərbi xidməti dövründə həmişə ön cəbhədə xidmət edərək, Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissənin komandiri vəzifəsinədək yüksəlib.
Raquf Orucova Murovdağda həyata keçirdiyi uğurlu kəşfiyyat əməliyyatlarınına görə “Murov Qartalı” ləqəbi verilmişdi.2016-cı ilin aprel ayının 4-də Ağdərə rayonunun Talış kəndinin erməni işğalçılarından azad edilməsi uğrunda Xüsusi Təyinatlı Qüvvələrin tərkibində polkovnik–leytenant Raquf Orucov sonuncu döyüşünə qatılıb və qəhrəmancasına şəhid olub. Aprelin 5-i polkovnik–leytenant Raquf Orucov Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.
Oxu24.com Şəhid polkovnik-leytenant Raquf Orucovun xanımı Sevinc Orucova ilə həmsöhbət olub.
Sevinc xanım, “Aprel döyüşləri” başlanan günlə bağlı nələri xatırlayırsınız?
-9 il əvvəl bu gün Azərbaycan Ordusu,Azərbaycan əsgəri tarixi günlər yaşayırdı.Təxminən 23 il fasilədən sonra Azərbaycan Ordusu ilk zəfər yürüşə çıxmışdı. Bizim üçün cəbhədən ilk təlatümlü xəbərlər gələn saatlar idi. Neçə illik həsrətdən sonra qulaqlarımız qələbə xəbərlərini eşidirdi. O zaman hadisələr təzə olduğundan nə baş verdiyini o qədər də anlamırdıq.Mənim üçün bu hadisə ilə bağlı 9 il öncəsi anlayışı yoxdur. Elə bilirəm,hər şey dünən baş verib...
Döyüşlərdən 9 il keçdi. Həmin tarix və bu günki tarix.Aprel ayı sizin üçün eyni anlamda qalır,yoxsa mənasını dəyişib?
Həmçinin oxuyun
-Həmin tarix tamamı ilə fərqli idi.Həmin gündə Azərbaycan torpaqlarının müəyyən hissəsi işğal altında idi. Bizim igid oğullar o tarixdə zəfər cığırı açdılar.Aprel ayı mübarizənin başlanğıcı oldu. Aprel döyüşlərinin davam etdiyi 4 gün bizi 44 günə gətirib çıxardı. 2016-cı ildən 2020-ci ilədək olan aprel aylarında ürəyimizdə üzüntü,kədər hissi var idi.2020-ci ildən sonra aprel ayına baxışımız da dəyişdi. İgidlərimiz qisasları aldılar. Bu,böyük biz səadətdir...
Aprel döyüşlərindən sonra Şəhidlər Xiyabanına həmişə hüznlə gedirdim.44 günlük müharibə başlayan zaman torpaqlarımız azad olunurdu.Həmin günlərdə Raqufun məzarına tələsərdim.Gözaydınlığına tələsirdim ki, torpaqlarımız azad olur,gözün aydın...
Raquf Orucov şəhid olanda Ağdam bizdə deyildi. Bu gün Ağdam,Raquf Orucovun kəndi-Cinli yenidən bizdədir.Nələri hiss edirsiniz?Komandirin arzusu yerinə yetib...
Bəli,doğru qeyd etdiniz. Raquf Orucov şəhid olanda Ağdam işğalda idi.Raquf şəhid ananın,şəhid oğlu idi...Ağdam azad olunun günü Raquf Orucovun sağlığında hərbi hissə komandiri olduğu komandanlığın şəxsi heyyətindən mənə zəng edib gözaydınlığı verdilər. Dedilər,bu axşam Ağdamda,Göyməsciddə olacağıq. Onlara dedim ki,Ağdama Raqufun gözü ilə də baxın...Gecə 3-də mənə zəng etdilər ki, artıq Göyməsciddəyik. Azanı da Raqufun can dostu,qəhrəman kəşfiyyatçı Xanı verdi.Bundan böyük mənə təskinlik ola bilməzdi. Elə zənn etdim ki,Raqufun özü də Ağdamdan bizə salam yetirir...
Getmisinizmi o yerlərə?
Bəli,torpaqlarımız azad olunan kimi Ağdama getdik.Bildiyiniz kimi Raquf Orucovun anası da şəhid olub.Getdik,anasının məzarını asanlıqla tapdıq.Çünki,Raquf ora işarə qoymuşdu...Anasının məzarı təpənin üzərində idi.Daha sonra Raqufun doğulduğu Cinli kəndinə getdik...Fərruxun ətəyində,Xaçın çayının ətrafında gözəl bir kənddir.Özünün də dediyi kimi, həqiqətən də bu ərazilər cənnət-məkandır.O,yerlərdə olmaq tam başqa bir hissdir...
Raquf Orucov və anası
"Murovun qartalı" adını haqq edən birinin həyat yoldaşı olmaq adını çiyinlərində daşımaq nə dərəcədə asandır?
Hərbçi xanımı olmaq çox çətindir.Çətin olmaqla yanaşı məsuliyyətlidir və şərəflidir.Həmişə Raqufa layiq olmağa çalışmışam.Sağlığında bacardığım qədər onun ailə yükünü azaltmağa çalışmışam.Çünki,onun çiynində ağır kəşfiyyatçı yükü var idi.İnandırım sizi mən bu gün də qəbul etmirəm ki, Raquf Orucov yoxdur.Elə hiss edirəm ki, bu gün də Raquf Orucov yanımızdadır.Həyatı onsuz davam etmək çətindir...Hər addımımızı atanda onu düşünürük.
İxtisasca vəkilsiniz, Sizcə, Vətənimizin hüquqlarını bu gün layiqincə qoruya bilirikmi?
Bəli,mən hüquqşünasam.Çalışdığım qədər digər şəxslərlə yanaşı şəhid ailələrinin də hüquqlarını qorumağa çalışıram. Düşünürəm ki, Vətənimizin,Azərbaycanımızın hüquqları Ali Baş Komandanımız tərəfindən beynəlxalq aləmdə layiqincə qorunur,müdafiə olunur.Bizim hamımız bu mübarizədə bir yerdə olmalıyıq.Mən vəkil olaraq,şəhid xanımı olaraq bacardığım qədər cəmiyyətdə vətənpərvərlik təbliğatını qurmağa çalışmışam.
Millətimə,Xalqıma dəyər verən insanam.Azərbaycan xalqı Raqufu qəhrəman kimi yola saldı.Həmin vaxt xalq arxamızda oldu.Bizə tənhalığı hiss etdirmədilər.Ona görə də bu Xalqın nümayəndəsi olmağımla fəxr edirəm.
Müsahibəni apardı: Miri Məcidli
00:30 / 11 Aprel 2025
Tramp Türkiyəyə gedəcək - KİV
57
22:49 / 10 Aprel 2025
Dövlət proqramı ilə xaricdə təhsil almaq istəyənlərin nəzərinə! - Sənəd qəbulu başladı
72
22:26 / 10 Aprel 2025
Ən sürətli interneti olan ölkələr - Azərbaycan neçənci sıradadır? - SİYAHI
75
21:52 / 10 Aprel 2025
Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA
250
21:48 / 10 Aprel 2025
Zəngə cavab verən kimi kartdan pulunuz OĞURLANA BİLƏR
292
21:43 / 10 Aprel 2025
4 gün komada qalan hamilə qadını həkimlər xilas etdi: Ana və uşaq sağ qaldı
73
21:19 / 10 Aprel 2025
Uşağını meymunla dəyişdirdi
83
20:46 / 10 Aprel 2025
Ət məhsullarında ölümcül bakteriya aşkarlandı - Marketlərdən yığışdırılır
98
20:40 / 10 Aprel 2025
Hollandiya ölkənin nazirliklərindən böyük məlumat sızması barədə məlumat verib
81
20:35 / 10 Aprel 2025
Xaricdə yaşayan bloger istintaqa dəvət edilib
101
20:25 / 10 Aprel 2025
Xanlar Vəliyev haqda nə bilirik?
237
20:22 / 10 Aprel 2025
Lukaşenkodan Rusiya ilə bağlı açıqlama
90
20:18 / 10 Aprel 2025
Uşaqların sayı azalır, ailə qurmaq yaşı isə artır
122
20:03 / 10 Aprel 2025
Lukaşenko idxalı əvəzləmənin gücləndirilməsinin vacibliyini bəyan edib
95
19:45 / 10 Aprel 2025
Üzüm suvaran maşın — Maraqlı video
102
19:37 / 10 Aprel 2025
Polşa Smolensk hava qəzası ilə bağlı araşdırmanı uzadıb
98
19:33 / 10 Aprel 2025
Sənəd qəbuluna start verilib
115
19:24 / 10 Aprel 2025
“Son zəng”lə bağlı qadağa olacaq? - RƏSMİ AÇIQLAMA
117
19:16 / 10 Aprel 2025
Tramp Çin mallarına rüsumları 145%-ə qaldırıb
105
19:11 / 10 Aprel 2025
Polşa ABŞ-Rusiya münasibətlərində dəyişikliklərə icazə verdi
97
18:57 / 10 Aprel 2025
Yük maşını betona çırpılıb, radar aşıb - FOTO - VİDEO
122
18:52 / 10 Aprel 2025
Ölmək də olmur... — Qəbir yerlərini satanlar pulu kimlərlə bölür?
944
18:38 / 10 Aprel 2025
Britaniya Gürcüstanın baş prokuroruna qarşı sanksiyalar tətbiq edib
105
18:12 / 10 Aprel 2025
Ailənin sonbeşiyi idi,şəhid oldu — Doğum günü olan qəhrəmanımız
707
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.