Qaynar xətt:

(+99450) 247 90 86

Kommunikasiyaların açılması məsələsində irəliləyiş var - Paşinyan

Kommunikasiyaların açılması məsələsində irəliləyiş var - Paşinyan

MARAQLI

757

07.06.2023, 20:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Nikol Paşinyan Soçiyə səfəri çərçivəsində rusiyalı həmkarı Mixail Mişustinlə görüşü zamanı Azərbaycanla regional nəqliyyat kommunikasiyalarının açılması prosesindəki son vəziyyətdən danışıb.
Oxu24.com Trend-ə istinadən bildirir ki, "Nəqliyyat kommunikasiyalarının açılması üzrə İşçi Qrupun son iclası zamanı nəzərəçarpacaq irəliləyiş qeydə alınıb və mən bundan çox məmnunam",- deyə Paşinyan bildirib. Ətraflı Ad - 00:11
Ermənistanın baş naziri ölkəsinin regionda nəqliyyat kommunikasiyalarının açılması üçün hazır olduğunu bildirib: "Biz konkret təkliflərimizi vermişik və ümid edirəm ki, bu təkliflər qəbul olunacaq. Bu, bizim son iki il ərzində işləyib hazırladığımız kompromis həllərdir".