Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84486
az

Ağ Saçlarınız 5 Dəqiqəyə QARALACAQ! - Ən Təbii Üsul

09:1912 Mart, 2023
1776
MARAQLI
  • A

Saçların ağarması hər insanda müxtəlif yaş dövründə baş verir. Normalda bu proses yavaş və uzunmüddətli olur. Lakin bəzi hallarda müəyyən problemlərdən saçlar qısa müddət ərzində qəfil ağara bilir. Maraqlıdır, saçlarımız qəfildən niyə ağarır və xalq təbabətində ağ saçlardan yaxa qurtarmağın üsulları nələrdir? Bu gün sizə sintetik vasitə və ya kimyəvi boya olmadan saçların təbii üsullarla rənginin bərpasından danışacam. Bu üsullar əminəm ki çox insanın işinə yaracaq. 

Saçların ağarmasının səbəbləri çoxdur. Məsələn; genetika,  bəzi vitaminlərin və mineralların çatışmazlığı, qeyri-düzgün həyat tərzi orqanizmin qocalmasını sürətləndirir,  ağ saçların peyda olmasını təmin edir. Saç folikullarında kiçik kisələr var. Bu kisələr melanin piqmenti ilə doludur. Saçlara rəngi məhz melaninlər verir. Zamanla piqmentin miqdarı azalır və ya o, itirilir.  Nəticə isə ağ saçlardır.

Lakin xlaq təbabətinbdə ağ saçlardan yaxa qurtarmağın üsulları var. Bəli, ağ saçlardan yaxa qurtarmaq mümkündür. Sadəcə, xalq təbabətindəki üsullardan istifadə edərkən səbirli olmaq lazımdır. Təbii vasitələr saçı qidalandırır.  Üstəlik, bilirsiniz ki, bunlar təbiidir, hər hansı sintetik vasitə və ya kimyəvi boya deyil.

Dəfnə yarpağı. Saçların gəncliyini özünə qaytarmaq üçün sirkəli dəfnə yarpağı məhlulu yaxşıdır. Onun hazırlanması üçün 200 qr-lıq şüşə qabı 9 faizlik sirkə ilə doldurun.  10 dəfnə yarpağını üyüdün və sirkəyə əlavə edin. Bir neçə sutka qarışımın hazır olmasını gözləyin. Hazır qarışımdan 1:3 nisbətində suya qataraq, saçlara çəkmək olar.  Saçların qaralmasına nail olmaq üçün uzun müddət proseduru təkrarlamaq lazımdır.

Gənəgərçək yağı. Saç köklərini bərkidir, sürətlə uzanmasını təmin edir, saçı yumşaq və zərif edir.  Bunun üçün gənəgərçək yağı əsaslı maska hazırlamaq lazımdır. 3 çay qaşığı gənəgərçək yağını, bir miqdar təbii duru balı, 1 yumurtanın sarısını bir-birinə qatın. Alınan qarışımı asta-asta saç dərisinə yedirin. Barmaqlarınızın ucunu qarışıma batıraraq, masaj şəklində də edə bilərsiniz. 15 dəqiqə bu masajı edin. Ardınca qarışımı saç boyu çəkin. Sonra başınıza sellofan, üstündən də qalın, yun şal bağlayın. 30-40 dəq sonra başınızı yuyun. Həftədə 2 dəfə olmaqla, proseduru 3 ay müddətində təkrarlayın. Qısa fasilədən sonra proseduru davam etdirin.  Bilməyiniz lazımdır ki, vasitə saçları təbii piqmentlərlə təmin edir.

Şor. 100 qr təbii şor götürün.  1 qr qara istiot əlavə edin.  Qarışdırın. Sonra saçlara və  baş dərisinə çəkin. 1 saat gözləyin. Sonra isti su və yumşaldıcı şampunla saçınızı yuyun.  Həftədə 1 dəfə proseduru yerinə yetirin. Saçlarınız öz rənginə dönəcək.

Şüyüd və atpıtrağı məhlulu.  2 xörək qaşığı üyüdülmüş şüyüd kökünü, 2 xörək qaşığı atpıtrağını 1 litr distillə edilmiş suya əlavə edin və maye yarıya düşənədək qaynadın. Sonra üzərinə 2 xörək qaşığı şüyüd toxumu əlavə edin. Qabın ağzını örtün, hardasa, 3 saat dəmlənməyini gözləyin.  Alınan qarışımı isti halda saçın dərisinə çəkin. Prosedur 2 ay təkrar edilməlidir.

İtburnu məhlulu. Yarım stəkan itburnu meyvəsini  2 litr qaynar suya əlavə edin, ağzını bağlayın. 30-40 dəq dəmlənməyini gözləyin.  Sonra 5 dəq daha qaynadın.  Ardınca məhlulu cuna ilə süzün, soyumasını gözləyin. İlıq halda baş dərisinə çəkin. Prosedur  həftədə 3 dəfə təkrar  edilməlidir. Həftədə 2 dəfə, hər dəfə yarım stəkan olmaqla  məhluldan içmək də faydalıdır.

Jenşen kökü məhlulu. 1 xörək qaşığı üyüdülmüş jenşen kökünü yarım litr arağa qatın.  10 gün sərin və qaranlıq yerdə saxlayaraq dəmlənməyini gözləyin. Hər səhər bu  məhluldan 1 xörək qaşığı götürün, yeməkdən 20 dəq əvvəl yeyin.

Gicitkən məhlulu. 5 xörək qaşığı gicitkən yarpağı, 5 xörək qaşığı gicitkən kökü, 2  xörək qaşığı təmiz su, 1 xörək qaşığı sirkə götürün. Gicitkənin yarpaqlarını və kökünü suya qatın, üzərinə sirkəni əlavə edin. Vam odda qarışdıra-qarışdıra 15 dəq qaynadın. Cuna ilə süzün və soyumasını gözləyin. Sonra saçınızın diblərinə çəkin. Təxminən, 1 ay, axşamlar proseduru yerinə yetirin.

Qırmızı bibər ilə maska. 6 ədəd quru qırmızı bibərin qabığını yarım  litr arağa  qatın. 3 həftə qaranlıq və sərin yerdə dəmlənməyini gözləyin.   Hazır məhlulu saçlarınızı yumamışdan 1 saat qabaq saç köklərinə sürtün.  Məhlul nahiyədə maddələr mübadiləsini sürətləndirir, saç köklərinin qan dövranını yaxşılaşdırır, saçları parıltılı edir.

Soğan-sarımsaq maskası. 1 yumurta sarısını, təzə çəkilmiş soğan və sarımsaq şirəsini götürün. Tərəvəz şirələrini qarışdırın.  Baş dərinizə, əvvəlcə,  bu qarışımdan çəkin, üstdən də yumurta sarısını çəkin.  20 dəq maskanı başınızda saxlayın. Sonra gözəl qoxulu şampun ilə yuyun.

Vitaminli maska. 1 xörək qaşığı təzə çəkilmiş yerkökü şirəsini bərabər miqdarda limon şirəsinə qatın.  Qarışımı baş dərisinə çəkin. Yarım saatdan sonra maskanı böyük miqdarda su ilə yuyun. Bir neçə gün ard-arda, gündə 1 dəfə olmaqla proseduru təkrarlayın.

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada nadir çiçək tapılıb
Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...
Ən zərərli tərəvəzin adı açıqlandı

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...