Bu BÜRCLƏR üçün möhtəşəm dövr başlayır - Cəmi 1 gün sonra!
12 Dekabr 2025, 23:12
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
2239
12.03.2023, 09:19
Saçların ağarması hər insanda müxtəlif yaş dövründə baş verir. Normalda bu proses yavaş və uzunmüddətli olur. Lakin bəzi hallarda müəyyən problemlərdən saçlar qısa müddət ərzində qəfil ağara bilir. Maraqlıdır, saçlarımız qəfildən niyə ağarır və xalq təbabətində ağ saçlardan yaxa qurtarmağın üsulları nələrdir? Bu gün sizə sintetik vasitə və ya kimyəvi boya olmadan saçların təbii üsullarla rənginin bərpasından danışacam. Bu üsullar əminəm ki çox insanın işinə yaracaq.
Saçların ağarmasının səbəbləri çoxdur. Məsələn; genetika, bəzi vitaminlərin və mineralların çatışmazlığı, qeyri-düzgün həyat tərzi orqanizmin qocalmasını sürətləndirir, ağ saçların peyda olmasını təmin edir. Saç folikullarında kiçik kisələr var. Bu kisələr melanin piqmenti ilə doludur. Saçlara rəngi məhz melaninlər verir. Zamanla piqmentin miqdarı azalır və ya o, itirilir. Nəticə isə ağ saçlardır.
Lakin xlaq təbabətinbdə ağ saçlardan yaxa qurtarmağın üsulları var. Bəli, ağ saçlardan yaxa qurtarmaq mümkündür. Sadəcə, xalq təbabətindəki üsullardan istifadə edərkən səbirli olmaq lazımdır. Təbii vasitələr saçı qidalandırır. Üstəlik, bilirsiniz ki, bunlar təbiidir, hər hansı sintetik vasitə və ya kimyəvi boya deyil.
Dəfnə yarpağı. Saçların gəncliyini özünə qaytarmaq üçün sirkəli dəfnə yarpağı məhlulu yaxşıdır. Onun hazırlanması üçün 200 qr-lıq şüşə qabı 9 faizlik sirkə ilə doldurun. 10 dəfnə yarpağını üyüdün və sirkəyə əlavə edin. Bir neçə sutka qarışımın hazır olmasını gözləyin. Hazır qarışımdan 1:3 nisbətində suya qataraq, saçlara çəkmək olar. Saçların qaralmasına nail olmaq üçün uzun müddət proseduru təkrarlamaq lazımdır.
Gənəgərçək yağı. Saç köklərini bərkidir, sürətlə uzanmasını təmin edir, saçı yumşaq və zərif edir. Bunun üçün gənəgərçək yağı əsaslı maska hazırlamaq lazımdır. 3 çay qaşığı gənəgərçək yağını, bir miqdar təbii duru balı, 1 yumurtanın sarısını bir-birinə qatın. Alınan qarışımı asta-asta saç dərisinə yedirin. Barmaqlarınızın ucunu qarışıma batıraraq, masaj şəklində də edə bilərsiniz. 15 dəqiqə bu masajı edin. Ardınca qarışımı saç boyu çəkin. Sonra başınıza sellofan, üstündən də qalın, yun şal bağlayın. 30-40 dəq sonra başınızı yuyun. Həftədə 2 dəfə olmaqla, proseduru 3 ay müddətində təkrarlayın. Qısa fasilədən sonra proseduru davam etdirin. Bilməyiniz lazımdır ki, vasitə saçları təbii piqmentlərlə təmin edir.
Şor. 100 qr təbii şor götürün. 1 qr qara istiot əlavə edin. Qarışdırın. Sonra saçlara və baş dərisinə çəkin. 1 saat gözləyin. Sonra isti su və yumşaldıcı şampunla saçınızı yuyun. Həftədə 1 dəfə proseduru yerinə yetirin. Saçlarınız öz rənginə dönəcək.
Şüyüd və atpıtrağı məhlulu. 2 xörək qaşığı üyüdülmüş şüyüd kökünü, 2 xörək qaşığı atpıtrağını 1 litr distillə edilmiş suya əlavə edin və maye yarıya düşənədək qaynadın. Sonra üzərinə 2 xörək qaşığı şüyüd toxumu əlavə edin. Qabın ağzını örtün, hardasa, 3 saat dəmlənməyini gözləyin. Alınan qarışımı isti halda saçın dərisinə çəkin. Prosedur 2 ay təkrar edilməlidir.
İtburnu məhlulu. Yarım stəkan itburnu meyvəsini 2 litr qaynar suya əlavə edin, ağzını bağlayın. 30-40 dəq dəmlənməyini gözləyin. Sonra 5 dəq daha qaynadın. Ardınca məhlulu cuna ilə süzün, soyumasını gözləyin. İlıq halda baş dərisinə çəkin. Prosedur həftədə 3 dəfə təkrar edilməlidir. Həftədə 2 dəfə, hər dəfə yarım stəkan olmaqla məhluldan içmək də faydalıdır.
Jenşen kökü məhlulu. 1 xörək qaşığı üyüdülmüş jenşen kökünü yarım litr arağa qatın. 10 gün sərin və qaranlıq yerdə saxlayaraq dəmlənməyini gözləyin. Hər səhər bu məhluldan 1 xörək qaşığı götürün, yeməkdən 20 dəq əvvəl yeyin.
Həmçinin oxuyun
Gicitkən məhlulu. 5 xörək qaşığı gicitkən yarpağı, 5 xörək qaşığı gicitkən kökü, 2 xörək qaşığı təmiz su, 1 xörək qaşığı sirkə götürün. Gicitkənin yarpaqlarını və kökünü suya qatın, üzərinə sirkəni əlavə edin. Vam odda qarışdıra-qarışdıra 15 dəq qaynadın. Cuna ilə süzün və soyumasını gözləyin. Sonra saçınızın diblərinə çəkin. Təxminən, 1 ay, axşamlar proseduru yerinə yetirin.
Qırmızı bibər ilə maska. 6 ədəd quru qırmızı bibərin qabığını yarım litr arağa qatın. 3 həftə qaranlıq və sərin yerdə dəmlənməyini gözləyin. Hazır məhlulu saçlarınızı yumamışdan 1 saat qabaq saç köklərinə sürtün. Məhlul nahiyədə maddələr mübadiləsini sürətləndirir, saç köklərinin qan dövranını yaxşılaşdırır, saçları parıltılı edir.
Soğan-sarımsaq maskası. 1 yumurta sarısını, təzə çəkilmiş soğan və sarımsaq şirəsini götürün. Tərəvəz şirələrini qarışdırın. Baş dərinizə, əvvəlcə, bu qarışımdan çəkin, üstdən də yumurta sarısını çəkin. 20 dəq maskanı başınızda saxlayın. Sonra gözəl qoxulu şampun ilə yuyun.
Vitaminli maska. 1 xörək qaşığı təzə çəkilmiş yerkökü şirəsini bərabər miqdarda limon şirəsinə qatın. Qarışımı baş dərisinə çəkin. Yarım saatdan sonra maskanı böyük miqdarda su ilə yuyun. Bir neçə gün ard-arda, gündə 1 dəfə olmaqla proseduru təkrarlayın.
09:15 / 13 Dekabr 2025
1
09:06 / 13 Dekabr 2025
28
08:45 / 13 Dekabr 2025
22
08:37 / 13 Dekabr 2025
25
00:28 / 13 Dekabr 2025
93
00:14 / 13 Dekabr 2025
843
00:01 / 13 Dekabr 2025
513
23:20 / 12 Dekabr 2025
434
23:12 / 12 Dekabr 2025
83
22:41 / 12 Dekabr 2025
7304
22:05 / 12 Dekabr 2025
111
21:58 / 12 Dekabr 2025
1599
21:45 / 12 Dekabr 2025
111
19:31 / 12 Dekabr 2025
1043
19:20 / 12 Dekabr 2025
2102
19:04 / 12 Dekabr 2025
1159
19:02 / 12 Dekabr 2025
156
17:40 / 12 Dekabr 2025
1341
17:29 / 12 Dekabr 2025
111
17:11 / 12 Dekabr 2025
1408
16:38 / 12 Dekabr 2025
1415
16:35 / 12 Dekabr 2025
207
16:30 / 12 Dekabr 2025
162
16:29 / 12 Dekabr 2025
112
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.