Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84155
az

\"Youtube\" reklamları bağladı

11:2509 Mart, 2023
455
  • A

"Youtube" öz videolarında ani olaraq ortaya çıxan banner reklamlarının aradan qaldırılacağını elan edib.

Oxu24.com  xarici KİV-ə istinadən xəbər verir ki, videoservisin mobil versiyasında bu cür reklam üsulu artıq uzun zamandır ki, istifadə edilməsə də, veb versiyada banner reklamları hələ də aktiv şəkildə qalıb.

Rəsmi məlumata əsasən, "Youtube" videolarında banner reklamları 6 aprel tarixində aradan qaldırılacaq. Videoservis təmsilçilərinin sözlərinə görə, sözügedən reklam üsulundan imtina etməklə "Youtube" daha effektiv reklam üsullarına keçid etmək niyyətindədir.


Təmsilçilər "Youtube" videolarındakı banner reklamlarını artıq köhnəlmiş üsul hesab edirlər və düşünürlər ki, bu cür reklamlarla əksinə istifadəçləri daha çox qıcıqlandırırlar.

Bununla belə, kontent yaradıcıları narahat olmaya bilərlər. Videoservis təmsilçiləri banner reklamlarının aradan qaldırılması reklam biznesinə heç bir təsir göstərməyəcyini vurğulayıb. Belə ki, videoservis alternativ reklam üsullarına keçid edəcək. Söhbətin hansı alternativ reklam elanlarından getdiyi barəsində məlumat verlməyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

WhatsApp-da yeni funksiya işə salındı
Ayda su tapıldı
WhatsApp-da artıq daxili tərcüməçi var

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ