Qaynar xətt:

(+99450) 247 90 86

Bu şəxslər nardan az istifadə etməlidir

Bu şəxslər nardan az istifadə etməlidir

MARAQLI

1109

12.12.2022, 13:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Nar və onun şirəsinin müntəzəm istifadəsi bəzi hallarda sağlamlığa zərər verə bilər.

Oxu24.com  xəbər verir ki, bu haqda diyetoloq Anton Brukin “İzvestiya”ya danışıb.

Diyetoloq bildirib ki, allergik reaksiyalara meylli insanlar təzə nar və konsentrat şirələrdən az istifadə etməlidirlər:

“Xüsusilə qastrit və mədə xorası zamanı nar şirəsi içmək əks göstərişdir. Qida allergiyasına meyllisinizsə, nardan ehtiyatla istifadə etməlisiniz. Qreypfrut kimi, nar şirəsi də müəyyən xolesterolu azaldan dərmanlarla qarışdırılmamalıdır”.

Diyetoloq qeyd edib ki, nar sağlam insan üçün çox faydalıdır. Onun tərkibində çoxlu A vitamini, kalium, manqan, nikotinik və fol turşuları var. Ancaq məşhur inancın əksinə olaraq, narda dəmir çox olmadığı üçün hemoqlobinin səviyyəsinin yüksəlməsinə kömək edə bilməyəcək.