Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
11 Oktyabr 2026, 15:03
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
981
10.12.2022, 12:07
On iki yaşlı Ayan Əliməmmədovanın bir dəqiqədə orta hesabla 1500 söz oxumaq bacarığı var. Balaca istedad bir səhifəni 15 saniyəyə, 240 səhifəlik kitabı isə cəmi bir saata tam oxuyub başa çatdırır.
OXU24.COM AZƏRTAC-a istinadən bildirir ki, Ayan Xaçmaz rayon Əlfəddin Rüstəmov adına Sərkərli kənd ümumi orta məktəbinin VI sinif şagirdidir.
Yeddi yaşı olanda Ayanın sürətli oxu bacarığı üzə çıxıb. Artıq beşinci sinifdə oxuyarkən balaca istedad bir dəqiqədə 300 söz oxuya bilirdi. Mütəmadi məşqlər sayəsində bir dəqiqədə oxunan sözlərin sayı 1500-ə çatıb.
Ayan bildirir ki, ətrafdakılara aydın olmasa da, o, oxuduğu mətnin məzmununu yadda saxlayır. Sonradan isə həmin mətni nəql edə bilir.
"İndi altıncı sinifdə təhsil alıram. Bir kitab vərəqini 15-20 saniyəyə oxuyuram. Oxuduqlarım yadımda qalır. Azərbaycan dili ilə yanaşı, ingilis dilində də sürətli oxuya bilirəm. Rus dilində də öyrənirəm. Böyüyəndə həkim olmaq, xəstə insanlara kömək etmək istəyirəm", - deyə Ayan söyləyib.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şəhla Musayeva bildirib ki, sürətli oxu xüsusi göz məşqləri və texnika tələb edir: "Biz proqrama başlayanda Ayan V sinifdə təhsil alırdı. Həmin vaxt dəqiqə ərzində 250-300 söz oxumağı bacarırdı. Sürətli oxu müasir dünyada ən çox yayılan tendensiyalardan biridir. Sürət əsri artıq ənənəvi mütaliəni qəbul etmir. Nə qədər paradoksal görünsə də, sürətli oxunan mətn, fasiləli oxunan mətndən daha yaxşı mənimsənilir. Müsbət tərəfi də ondan ibarətdir ki, şagird qısa zamanda daha çox oxumaq imkanı qazanır".
Ayan Əliməmmədova bütün fənləri əla qiymətlərlə oxuyur. Müəllimləri onun yaradıcı istedada malik olduğunu bildirirlər.
Oxuma sürəti mətnin şriftinə və həcminə görə dəyişir. Böyük adamlar normalda bir dəqiqəyə 180-200 söz oxuya bilirlər.
Dünyada sürətli oxu üzrə müxtəlif rekordlar qeydə alınıb. Hələ 2016-cı ildə azərbaycanlı yeniyetmə Fatimə Zülfüqarlı bir dəqiqəyə orta hesabla 25 mindən çox söz oxumaq bacarığı ilə tanınmışdı. Türkiyədə yayımlanan verilişlərdən birində 12 yaşındakı Tarık Yiğit 1 dəqiqə ərzində 11 min 725 söz oxuya bilmişdi. Rusiyalı məktəbli Svetlana Arxipova isə dəqiqə ərzində 60 min işarəlik mətni oxumaqla rekorda imza atmışdı.
19:12 / 13 Oktyabr 2026
36
19:00 / 13 Oktyabr 2026
41
18:58 / 13 Oktyabr 2026
232
18:53 / 13 Oktyabr 2026
48
18:45 / 13 Oktyabr 2026
127
18:35 / 13 Oktyabr 2026
69
18:35 / 13 Oktyabr 2026
196
18:34 / 13 Oktyabr 2026
117
18:24 / 13 Oktyabr 2026
145
18:20 / 13 Oktyabr 2026
56
18:04 / 13 Oktyabr 2026
83
18:00 / 13 Oktyabr 2026
106
17:58 / 13 Oktyabr 2026
79
17:48 / 13 Oktyabr 2026
121
17:39 / 13 Oktyabr 2026
93
17:37 / 13 Oktyabr 2026
306
17:29 / 13 Oktyabr 2026
292
17:25 / 13 Oktyabr 2026
87
17:07 / 13 Oktyabr 2026
99
17:07 / 13 Oktyabr 2026
92
16:59 / 13 Oktyabr 2026
106
16:49 / 13 Oktyabr 2026
3116
16:46 / 13 Oktyabr 2026
1204
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.