Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74073
az

Üzərliyin bilinməyən faydaları...

00:2122 Sentyabr, 2022
308
MARAQLI
  • A

Dünyagörmüş qocalar evdə həmişə üzərlik saxlayar, ağrı və narahatlıq hiss edən kimi onun tüstüsünü “dərd dəvası” kimi istifadə edərdilər. Üzərliyin mistik gücünə inam müasir həyatımızda da ondan istifadə edilməsinə səbəb olur. Mifologiya və inanclarda üzərliyə olan inam onun bəd nəzərdən qoruması ilə bağlıdır. Bəlkə də buna görə az qala hər evdə həmin bitkiyə rast gəlmək mümkündür, qara qüvvələri qovmaq və bəd nəzərdən sovuşmaq üçün çox vaxt onun gücünə bel bağlayırlar. Əslində isə üzərlik yandıqca tərkibində olan maddələr insana xoş əhval-ruhiyyə bəxş edir.

Oxu24.com  tibbi mənbələrə istinadən xəbər verir ki, üzərlik dəmləməsi revmatizm xəstəliyi zamanı çox yaxşı təsir göstərir, beyin damarlarını genişləndirir, qan dövranını yaxşılaşdırır, toxumalar və oynaq ağrıları üçün faydalıdır.

Bitkinin toxum və gövdəsində qiymətli boyaq maddəsi var. Həmin maddədən laboratoriya şəraitində yun və ipək məhsulları boyamaq üçün sarı, narıncı, yaşıl və s. rənglər alınır. Üzərliyin yağından sabun alınır.

Xalq təbabətində ondan geniş istifadə edilir. Toxumu əzilərək isti su ilə qarışdırılır, alınan kütlənin isti-isti bədənin xəstə nahiyələrinə qoyulması ağrını kəsir.

Əzilmiş kütlənin sidik kisəsi üzərinə qoyulması və 12 qram üzərlik toxumunun şəkərlə qarışdırılıb içilməsi sidik göynəməsini aradan qaldırır.

Tüstüsü diş ağrısının qarşısını alır. Üzərliyin kətan toxumu və balla qarışdırılıb qəbul edilməsi astma xəstəliyi zamanı çox xeyirlidir.

Üzərliyin kökündən hazırlanan dəmləmə sinir sisteminə sakitləşdirici təsir göstərir.

Üzərliyin qaynadılmış suyu saçı qaraldır, toxumunun dəmləməsi sidiyə çətin getməni asanlaşdırır, sulu dəmləməsi revmatizm xəstəliyində oynaqlara yığılan duzları təmizləyir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər
Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı
Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı