Bir kilo polad ağırdır, yoxsa bir kilo quş lələyi? - Elmi cavab təəccübləndirir
24 Oktyabr 2026, 22:05
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
691
04.07.2022, 23:40
Son zamanlar uşaqların, xüsusən də oğlanların gec dil açması problemi aktualdır. Adətən yaşlı nənələr oğlan uşaqlarının qız uşaqların nisbətən gec dil açmasının normal olduğunu bildirirlər.
Lakin analarlı narahat edən bu problem həqiqətən də yolunda getməyən bir sıra məqamlardan xəbər verir. Həkimlərin bildirdiklərinə görə, nitq qabiliyyəti normal inkişaf edən uşaq 4-5 ayından etbarən səslər çıxarmalı, 1 yaşından isə qisa sözlər söyləməlidir.
Medicina.az bildirir ki, bu kimi suallara defektoloq - loqoped Vüsalə Qasımova cavab verib.
"Hər uşaqda nitq mərkəzinin inkişafı eyni dövrdə başlayır. Sadəcə olaraq qızlar daha aktiv olduqlarından tez danışmağı sevirlər. Bu isə genetikadan irəli gəlir. O yaş dövründə oğlanlar isə danışmaqdansa, daha çox hərəkətdə olmağı sevirlər. Buna görə də bu cür mənzərə yaranır.
Qızlar daha çox anaları ilə vaxt keçirdikləri üçün çox danışırlar və beləliklə də onların nitqləri sürətlə inkişaf edir. Oğlan uşağını da çox danışdırsan, o da tez və aydın danışmağa başlayacaq. Yəni qızların oğlanlardan tez danışdığının hər hansı bir tibbi, elmi əsası yoxdur.
Hər bir uşaq 2 yaşından sərbəst şəkildə cümlə quraraq danışmalıdır. Əgər bu gecikirsə, o zaman mütləq loqoped yoxlanışından keçirmək lazımdır. 4 yaşdan sonra uşaq bütün səsləri ifadə etməyi bacarmalıdır. O r, l , ş, j həriflərini tələffüz etməyi bacarmalıdır. Əgər edə bilmirsə, uşaq kəkələyirsə və ya cümlə qurmursa, o zaman yenə də loqoped uşağı müayinə etməlidir.
Onu da qeyd edim ki, hər hansı hərfi söyləyə bilməmək kifayət qədər yetkin insanlarda da müşahidə edilir. Bunun aradan qaldırılması heç zaman gec deyil".
"Bildirçin və ya göyərçin yumurtasının uşağın danışmasında rolu varmı?"
"Bu qədim türkəçarə metodunun da heç bir elmi əsası yoxdur. Uşağa göyərçin yumurtası verildiyi müddətdə, əgər o danışmağa başlayarsa bu onun artikulyasiya aparatının inkişaf etməsindən xəbər verir.
Bəzən elə olur ki, uşaq gec danışır və ya kəkələyir, amma valideynlər, əsasən də nənələr onu həkimə apararaq müalicə etdirmək əvəzinə xalq təbabəti üsullarına əl atırlar. Bu isə problemin daha da ləngiməsinə, uşağın atikulyasıya aparatının inkişafının pozulmasına, hətta uşaqda psixoloji və nevroloji problemlərin yaranmasına gətirib çıxarır.
Belə olduqda loqopedlər psixoloq və nevroloqlarla paralel işləyirlər. Buna görə də, yaxşı olardı ki, danışmayan uşağa göyərçin yumurtası içirmək əvəzinə gec olmadan həkimə aparsınlar".
00:16 / 26 Oktyabr 2026
65
23:59 / 25 Oktyabr 2026
71
23:18 / 25 Oktyabr 2026
79
22:59 / 25 Oktyabr 2026
76
22:45 / 25 Oktyabr 2026
79
22:21 / 25 Oktyabr 2026
544
22:18 / 25 Oktyabr 2026
163
22:00 / 25 Oktyabr 2026
91
20:35 / 25 Oktyabr 2026
78
20:15 / 25 Oktyabr 2026
526
19:30 / 25 Oktyabr 2026
1777
19:02 / 25 Oktyabr 2026
258
16:35 / 25 Oktyabr 2026
95
16:05 / 25 Oktyabr 2026
152
15:37 / 25 Oktyabr 2026
1596
15:34 / 25 Oktyabr 2026
99
15:19 / 25 Oktyabr 2026
131
15:08 / 25 Oktyabr 2026
125
15:05 / 25 Oktyabr 2026
158
14:36 / 25 Oktyabr 2026
108
14:15 / 25 Oktyabr 2026
806
14:00 / 25 Oktyabr 2026
328
13:50 / 25 Oktyabr 2026
515
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.