Bir kilo polad ağırdır, yoxsa bir kilo quş lələyi? - Elmi cavab təəccübləndirir
24 Oktyabr 2026, 22:05
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
543
26.06.2022, 23:58
Bayram namazı iki rükətdir. Şiə məzhəbində bu namaz doqquz qunutla belə qılınır: birinci rəkətdə həmd-surədən sonra beş təkbir deyilməli, hər təkbirdən sonra bir qunut tutulmalıdır. Beşinci qunutdan sonra isə bir təkbir deyib rükü və iki səcdəni yerinə yetirmək lazımdır. İkinci rükətdə isə həmd surədən sonra dörd təkbir deyilməli, hər təkbirdən sonra bir qunut tutub beşinci təkbirdən sonra rükü, səcdəni yerinə yetirib təşəhhüd və salamı demək lazımdır. Birinci və ikinci rükətdə “Həmd” surəsindən sonra istənilən surəni oxumaq olar. Amma yaxşı olar ki, birinci rükətdə “Həmd” surəsindən sonra “Şəms”, ikinci rükətdə isə “Əla” surəsi oxunsun. Bayram namazının qunutunda hər hansı dua oxunsa, kifayətdir. Amma daha yaxşı olar ki, aşağıdakı dua oxunsun: “Allahummə əhləl kibriyai vəl əzəməti və əhləl cudi vəl cəbərut. Və əhləl əfvi vər rəhməti və əhlət təqva vəl məğfirəti əsəlukə bi həqqi hazəl yovm. Əlləzi cəəltəhu lil musliminə iyda . və li Muhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzida. Ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və alə Muhəmməd. Və ən tuxricəni min kulli suin əxrəctə minhu Muhəmmədən və alə Muhəmməd. Sələvatukə ələyhi və ələyhim. Allahummə inni əsəlukə xəyrə ma sələkə bihi ibadukəs salihun, və əuzu bikə mimməstəazə minhu ibadukəl muxləsun” (duanı əzbər bilməyənlər onu kağızdan da oxuya bilərlər). Əhli-sünnə məzhəbində bayram namazının qılınma qaydası belədir: Bütün namazlarda olduğu kimi namaz iftitah (açılış) təkbiri ilə başlayır. (Əllər qaldırılaraq Allahu Əkbər deyilir) Bundan sonra birinci rükətdə 3 təkbir gətirilir. (Hər dəfə əllər qaldırılaraq Allahu Əkbər deyilir) Bundan sonra adi qayda ilə Fatihə və Qurandan bir hissə oxunur. Daha sonra rüku sonra da səcdə edilir. İkinci rükətə qalxdıqdan sonra 3 təkbir edilir. Yenə də Fatihə və Qurandan bir hissə oxunur. Bundan sonra rüku, səcdə, təhiyyat, salamlar edilir. Bundan sonra imam iki xütbə oxuyar. Və nəhayət bununla da bayram namazı bitmiş olur.
Mənbə: islam.az
20:17 / 26 Oktyabr 2026
7
20:07 / 26 Oktyabr 2026
51
19:57 / 26 Oktyabr 2026
46
19:43 / 26 Oktyabr 2026
70
19:17 / 26 Oktyabr 2026
64
19:00 / 26 Oktyabr 2026
68
18:47 / 26 Oktyabr 2026
79
18:36 / 26 Oktyabr 2026
90
18:20 / 26 Oktyabr 2026
83
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
165
17:01 / 26 Oktyabr 2026
116
17:00 / 26 Oktyabr 2026
332
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
91
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
113
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
288
15:57 / 26 Oktyabr 2026
101
15:50 / 26 Oktyabr 2026
335
15:48 / 26 Oktyabr 2026
176
15:44 / 26 Oktyabr 2026
230
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.