Bir kilo polad ağırdır, yoxsa bir kilo quş lələyi? - Elmi cavab təəccübləndirir
24 Oktyabr 2026, 22:05
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
639
26.06.2022, 23:40
Qurani-kərimdə buyurulur: “De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaqdır” (Səcdə, 11). İudaizmdə ölüm mələyinin adı Əzraildir. Bu sözün ibrani dilində Aşriel (Allahın yardım etdiyi) adından götürüldüyü ehtimal edilir.
Qurani-Kərimdə insanların canını alan mələyin adı çəkilmir, yalnız “ölüm mələyi” ifadəsi işlədilir. Səhih hədislərdə də Əzrail adına rast gəlinmir. Bəzi ayələrdən məlum olur ki, insanların canını almaqda ölüm mələyinə kömək edən başqa mələklər də vardır: “Nəhayət, birinızin əcəli gəlib çatdıqda onun canını elçilərımiz alar” (Ənam, 61). “Nəhayət, elçilərimiz canlarını almaq üçün yanlarına gəldikdə: “Allahdan başqa ibadət etdiyiniz bütləriniz haradadır?” – deyincə, “Onlar bizi qoyub qaçdılar” – deyə, cavab verəcək və öz əleyhlərınə, kafir olduqlarına şahidlik edəcəklər” (Əraf, 37). Bu ayələrdə cəm halda “rüsülüna” (elçilərimiz) sözü işlədilib ki, bu da ölüm mələklərinin sayının çox olduğuna işarədir. Quran ayələrindən və hədislərdən məlum olur ki, ölüm mələkləri mömin şəxslə kafirin canını fərqli şəkillərdə alırlar. Kafirlər ölüm mələyini dəhşətli qiyafədə görür və qorxu içində, əziyyətlə canlarını təslim edirlər: “Kaş sən kafirləri mələklər onların üzünə və yanlarına vura-vura: “Dadın atəşin əzabinı!” – deyib, canlarını alanda görəydin!” (Ənfal, 50). Möminlərin gözünə isə ölüm mələyi xoş və yaraşıqlı simada görünür və onların canını rahatlıqla alır: “O kəslər ki, mələklər onların canlarını pak olduqları halda alıb: “Sizə salam olsun! Etdiyiniz (gözəl) əməllərə görə cənnətə daxil olun!” – deyərlər” (Nəhl, 32). Diqqət edin ki, bu ayələrdə cəm halda “mələklər” kəlməsi işlədilir.
Mənbə: islam.az
20:17 / 26 Oktyabr 2026
7
20:07 / 26 Oktyabr 2026
51
19:57 / 26 Oktyabr 2026
46
19:43 / 26 Oktyabr 2026
70
19:17 / 26 Oktyabr 2026
64
19:00 / 26 Oktyabr 2026
68
18:47 / 26 Oktyabr 2026
79
18:36 / 26 Oktyabr 2026
90
18:20 / 26 Oktyabr 2026
83
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
165
17:01 / 26 Oktyabr 2026
116
17:00 / 26 Oktyabr 2026
332
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
91
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
113
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
288
15:57 / 26 Oktyabr 2026
101
15:50 / 26 Oktyabr 2026
335
15:48 / 26 Oktyabr 2026
176
15:44 / 26 Oktyabr 2026
230
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.