Qaynar xətt:

(+99450) 247 90 86

DIQQƏT! “WhatsApp” bu tarixdən ÖDƏNİŞLİ OLACAQ

DIQQƏT! “WhatsApp” bu tarixdən ÖDƏNİŞLİ OLACAQ

MARAQLI

2531

26.04.2022, 20:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Mayın 15-dən “WhatsApp”ın biznes hesablarının sahibləri istədikləri təqdirdə ödənişli abunəyə qoşula biləcəklər.
 
Oxu24.com   xəbər verir ki, ödənişli abunəliyin üstünlüyü ondan ibarətdir ki, "Əlaqələndirilmiş cihazlar" bölməsində bir hesaba 10-a qədər cihaz qoşula biləcək.
 
Hazırda isə biznes hesabına maksimum 4 cihaz qoşula bilər.
 
“WhatsApp” tərtibatçıları iddia edir ki, yenilik müştərilərə xidmətin keyfiyyətini və sürətini artırmaq məqsədi daşıyır.
 
 
Hazırda abunənin qiyməti və şərtləri barədə məlumat açıqlanmayıb. Çox güman ki, ödənişli abunə bir sıra digər funksiyaları da əhatə edəcək.
 
Adi “WhatsApp” istifadəçilərinə gəlincə, onlar üçün heç nə dəyişməyəcək.