Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68301
az

30 gün oruc tutanda bu xəstəliklər yoxa çıxır! - Mütləq izləyin

11:2814 Aprel, 2022
2980
  • A

Bəs, oruc tutmağın faydaları nələrdir?
1. Mədə-bağırsağa yaxşı təsir edir. İmsak və iftarda ölçünü qaçırmadan yemək yeyilərsə, mədə və bağırsaqlar özlərini nizamlamaq fürsəti tapır. Nizamlı mədə turşusu sayəsində də həzm sistemi rahat işləyir. Qeyd etdiyim kimi, əsas vacib məqam imsak və iftarda ölçülü yemək... 
2. Yaddaşı gücləndirir. Oruc tutarkən uzaqlaşdığımız fiziki istəklər beynimizin daha yaxşı işləməsini təmin edir.  Lazımsız işlərlə məşğul olan orqanizm anlamağa və öyrənməyə meyillənir. Beləcə, yaddaşımız güclənir. Ölçülü yemək beynimizi açır, şəxsi inkişafımızı təmin edir. Ramazan ayında oruc tutmaq həm fiziki, həm də zehni sağlamlığımıza faydalıdır. Oruc gün ərzində mülayim davranmağı, ətrafımızdakılara qarşı anlayışlı olmağı öyrədir. Həzmə çox vaxt itirməyən orqanizmimiz düşüncəmizə, yaddaşımıza  fokuslanır. 
3. Qocalmanı ləngidir. Oruc tutan insanın qanında lipid və xolesterol səviyyəsi azalır. Damarlar özünü təmir edir. Oruc sayəsində damarlar təmizlənir, qan dövranı sürətlənir. Yəni, oruc tutmaq hüceyrələrin yenilənməsini təmin etdiyi üçün bədənimizə və zehnimizə sağlamlıq bəxş edir.  Təbii ki, bu da qocalmanın ləngiməsi deməkdir. 
4. Xərçənglə mübarizə aparır. Orqanizmin hansısa bir nahiyəsində bir qrup anarxist hüceyrə üsyan edir və xərçəngin təməli qoyulur. Orqanizm mütəmadi olaraq, metabolizma ilə məşğuldursa, hər bir nahiyəni eyni anda nəzarətdə saxlaya bilmir. Oruc tutulan zaman isə, orqanizm özünü təftiş etməyə vaxt tapır. Və pis davranışlara müdaxilə edir. Nəticədə, xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısı alınır. 
5. Pis vərdişlərdən əl çəkdirir. Ramazanda alkoqollu vərdişlər, tamamilə, unudulur. Siqaret çəkənlər isə, iftar və imsak arasındakı vaxtda da səbirli davranaraq, bu vərdişlərindən əl çəkə bilərlər. 
6. Qaraciyərin istirahətinə dəstək olur. 7 gün-24 saat işləyən, yediyimiz-içdiyimiz nə varsa, istər zərərli, istər zərərsiz, hamısını “qonaq edən” qaraciyərimiz çox yorulur. Oruc zamanı isə o, özünə vaxt ayırır. Onun istirahət etdiyi saatlar orqanizmin daha nizamlı işləməsinə, qaraciyərimizin daha yaxşı vəziyyətdə olmasına kömək edir. 
7. Zehni funksiyaları artırır. Oruc zamanı beyində yeni kök hüceyrələr yaranır. Bu da parkinson və alzeymer kimi zehni xəstəliklərə qarşı sipər effektinə malikdir. Elmi araşdırmalar da orucun zehni funksiyaları artırdığını sübut edib. 
8. Dərini təmziləyir. Həzm sistemimizə bağlı olaraq, bütün orqanizmimiz təmizlənir. Bu halda qaraciyər və böyrəklərdə olan toksinlər xaric edilir. Təmiz orqanizm getdikcə təmiz dəriyə də ehtiyac duyur və öz-özünün ehtiyacını ödəməyə başlayır. Beləcə, dəriniz də, sanki, yenilənir. 
9. Səbirli olmağı öyrədir. Yeməyini və içməyini öz vaxtında uman insan üçün səbir hər şey deməkdir. Ramazan insanlara məhz bu xüsusiliyi  öyrədir. 
10. Yemək vərdişlərimizi inkişaf etdirir. Bəli, oruc tutan insaların əksəriyyəti düzgün qidalanma və nizamlı yemək vərdişləri qazanırlar. Sağlam və nizamlı qidalanmaq köklüyün və artıq çəkinin qarşısını alır. 
Göründüyü kimi, oruc Allahın insana bəxş etdiyi nemətlərdəndir. Oruc tutmağa başlamısınızsa,  3-7-ci günlərdə su içməyə daha çox vaxt ayırın. Orqanizm oruca məhz bu günlər ərzində alışır. İmsakla iftar arasında- saatlar boyunca siz su içmirsiniz, amma tərlədiyiniz zamanlar olur. Beləcə, orqanizm susuzluq çəkməyə başlayır. Ona görə də, iftarla imsak arasında bolluca su için. 
8-15-ci günlər ərzində orqanizm oruca artıq vərdiş edir. Kembric Universitetində aparılan bir araşdırma məhz bu etapın orqanizmə çox faydalı olduğunu təsdiqləyib. Gündəlik həyatda həddən artıq kalorili qidalar qəbul edirik. Nəticədə, orqanizm ən xırda simptomlarla belə mübarizə aparmaqda çətinlik çəkir. Oruc zamanı bu hal yenidən nizamlanır. Orqanizm daha önəmli funksiyalara yönəlir. Ramazan boyunca orqanizmin viruslarla savaşması və xəstəliklərə qarşı dirənməsi asanlaşır. 
 16-30-cu günlər ərzində detoks effekti baş verir. Ramazanın ikinci on beş günlüyündə qalın bağırsaq böyrək və dəri toksinlərindən arınır. Həkimlər bu etapda daxili orqanların maksimal gücdə olduğunu söyləyir. Yaddaş və diqqətin toplanması yenidən güclənirkən, enerji də artır.  Oruc əzələləri qoruyur, həmçinin, aertıq çəkidən xilas olmağın ən gözəl yollarındandır. Qəbul etdiyiniz proteinlər Ramazan boyunca əzələlərə yığılır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto
Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər
Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
13 yaşlı qızı qaçıran 45 yaşlı mühafizəçiyə hökm oxundu