Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
61520
az

Dərman içən insan namaz qıla bilərmi? - CAVAB

21:5321 Noyabr, 2021
400
  • A

Sual: 
Dərman içən insan namaz qıla bilermi?
Cavab: 
Əssələmu aleykum. Bəli, dərman içən adam namaz qıla bilər. Namaz qılmaq ağılı başında olan və həddi büluğa çatan hər kəsə vacibdir. Yalnız qadınlarda heyz və nifas halları istisnadır. Bu halda namaz qılmaq qadağandır. 

Sual: 
Salam aleykum. Bəzi insanlar heyz halında da namaz qılır. Hansı ayə ilə sübut edək ki, bu belə deyil. Bir az zəhmət olmasa ətraflı yazardız.
Cavab: 
Aleykum salam. Heyz və nifas halında qadına namaz qılmaq və ya oruc tutmaq olmaz. Uca Allah buyurur: "Səndən qadınların heyzini (aybaşı halını) soruşurlar. De ki, o, bir əziyyətdir. Onları heyzli ikən rahat buraxın; təmizlənənə qədər onlara yaxınlaşmayın. Təmizləndikdən sonra onlara Allahın əmr etdiyi yerdən yaxınlaşın. Allah tövbə edənləri də, tərtəmiz olanları da sevər". (əl-Bəqərə, 222).
Ayədəki "təmizlənənə qədər onlara yaxınlaşmayın" əmri heyz halında olan qadının təmiz hesab edilmədiyini bildirir. Namaz qılmaq üçün dəstəmaz və yaxud qüsl almaq lazım olduğunu bildirən ayə isə belə qurtarır: "Allah sizi çətinliyə salmaq istəmir, lakin O, sizi arındırmaq (pak və təmiz etmək) istəyir". (əl-Maidə, 6).
Qadın heyz halında olduğu vaxt təmiz sayılmadığına görə onun namaz qılmağı və oruc tutmağı qadağan edilir. Umm Həbibə bint Cəhş (Allah ondan razı olsun) Peyğəmbərə (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) qan gördüyü barədə şikayət etdiyi vaxt o, belə demişdi: "Heyzin sənə mane olduğu müddət ərzində namaz qılma. Sonra yuyun və namazını qıl". (Səhih Muslim "Heyz", 65). 
Heyz görən qadın namaz qılmaqdan məsul olmadığına görə namazını qəza etməkdən də məsul ola bilməz. Muazə (Allah ondan razı olsun) deyir ki, bir gün Aişədən (Allah ondan razı olsun) belə soruşdum: "Heyzli qadın niyə oruc tutduğu halda, namaz qılmır?" Aişə (Allah ondan razı olsu) xanım sualıma sualla cavab verdi: "Sən Həruriyyəsən?" Mən: "Xeyr, mən Həruriyyə (Həruriyyə Həruralı deməkdir. Hərura isə Siffin döyüşündə Əlinin (Allah ondan razı olsun) dəstələrindən ayrılan xaricilərin toplaşdıqları yerdir) deyiləm, amma sual soruşuram", – deyəndə Aişə (Allah ondan razı olsun) belə cavab verdi: "Bizim başımıza belə bir hadisə gələndə bizə orucumuzu qəza etməyimiz əmr edilirdi amma namazı qəza etməyimiz əmr edilmirdi". (Səhih Muslim "Heyz", 67; ət-Tirmizi, 784). 

Yadplanetlilər tərəfindən oğurlanan azərbaycanlı geri qayıtdıqda görün nələr danışdı - ŞOK VİDEO

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto
Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər
Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Mühafizəçini öldürən direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA